Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

432 syf.
·
Puan vermedi
Vladimir - Bartol Əlamut Möhtəşəm bir əsərin daha sonuna gəldim. Qısa bir haşiyə; təkrar oxuyurdum. Dəhşətli, bir o qədər də dərs çıxarılmalı olduğunu düşündüyüm bir dövrü oxudum, tarixə toxundum, ta qədim dövrlərə - Səlcuqlar dövrünə getdim, bildiklərimi xatırladım, bilmədiklərimi öyrəndim... Öyrəndiklərim qarşısında dəhşət yaşadım. Daha çox öyrənmək üçün geniş bir araşdırma eləməli olduğumu düşünürəm. Qeyd eləyim ki, əsər, XI yüzilliyə damğasını vuran, törətdikləri terrorlarla, cinayətlərlə adı tarixə qatil təşkilat kimi keçən Həsən Səbbah və Xaşxaşilər təriqətindən bəhs eləyir. Bilənlər bilir, bilməyənlər üçün; orta əsrlərin dəhşətli terrorçu təşkilatlarından biridir. Canlı bombaların yaranmasının da əsası həmin təriqətlə başlayır... Amin Maloufun "Səmərqənd" əsərində də məlumat verilib bu təriqət haqda. Sözümün canı odur ki, oxuduqca radikal terrorçu təşkilatların kimdən ilham aldığını anlamış oluram. Eyni sistem, din adı altında eyni əxlaqsızlıqlar, eyni oyunlar, eyni qəddarlıq, eyni cəhalət, eyni tragekomediyalar... Əsərdə Ömər Xəyyam və məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın müdrik, uzaqgörən vəziri Nizamülmülkün real tarixi obrazları yaradılıb. Bu baxımdan da maraq doğuran əsərdi. Yer üzündə öz "cənnət"ini yaradaraq, cahil, hələ dünyanı dərk etməkdə aciz, hər deyilənə inanacaq qədər saf, qanı qaynayan sadəlövh yeniyetmələri öz ətrafında toplayan, onlara xüsusi təlim-tərbiyə verən Həsən Səbbah bu gəncləri bir sözüylə ölümə, intahara göndərə biləcək gücə sahibdir. Bəs, nədir onun gücünün arxasında duran sehr?! Həqiqi Cənnətin açarlarına sahib olmasımı, yoxsa başqa bir bir şeymi?!. Əsəri oxumaq lazımdır! )) Əsər, bir növ gözümü açdı, görünməyənin arxasındaki həqiqətə açıq gözlə baxmağıma önayaq oldu, hər gördüyümüzün və ya bizə söylənən nağılların, əfsanələrin, "möcüzələrin" real olmama ehtimalının da fərqinə varmağıma səbəb oldu. Daha dərin düşünməyə, söylənilən hər vəsvəsəyə inanmamağın vacibliyi anlatdı, "möcüzələrin" arxasındaki saxtakarlığı da görməyimə vəsilə oldu. Möhtəşəm bir tarix oxuyacağınıza təminat verə bilərəm. O səbəbdən də, hər kəsə oxumağı tövsiyyə eləyirəm. Oxuduqca anlayacaq və haqq verəcəksiniz...
Əlamut
ƏlamutVladimir Bartol · Kitab Klubu Nəşriyyatı · 201941,8bin okunma
·
241 görüntüleme
Ayuzawa Kaichou okurunun profil resmi
Semerkanttan sonra ben de sıraya almıştım ama önce Hayyam'ın hayatına dair okuma yapmak istedim
Doğu’nun Sönmeyen Yıldızı Hayyam
Doğu’nun Sönmeyen Yıldızı Hayyam
başladım ☺️ inceleme için teşekkürler☺️
Şəhla Rşd okurunun profil resmi
İlk bu kitabı oxumuşdum, sonra Səmərqəndi. Ona görə Səmərqənd istədiyim təsiri yaratmadı məndə. Yenə də gözəldi. Bu kitab isə bildiyiniz alt üst etmişdi. Yazdığınız kitabı da mütləq oxuyacam. Xəyyamın həyatını oxumaq hər zaman maraqlıdır. 😊😇
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.