Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

285 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 günde okudu
Bir yara min ömrü səssizləşdirir, yaralamayın!
Hər vaxtınız xeyir, 1K kitabsevərləri. Aylar əvvəl oxuyacaqlarıma əlavə edib, gözlətdiyim kitab. Vaxtı gəlməli imiş. Necə ki, incələməsini də yazmağa cəhd edib sonraya saxladığım kimi. Kitabın təsirindən çıxmadan yazacaqlarımı eyni səhifədə yığıb-yığışdıra bilmədim. Nə yazacağam? Necə yazacağam, heç bilmirəm. Ancaq bir yerdən başlamalıyam madəm, bismillah deyib keçim kitab haqqında yazmağa..
Ays
Ays
mənim kitab mələyim. Mənə bir çox kitabda bələdçi olduğun üçün təşəkkür edirəm. Azərbaycan ədəbiyyatının yeni yazıçıları, mürəkkəbi qurumamış qələmləri ilə başlayıb, noyabr ayını da davam etməyi düşünürdük. Sonra bu kitab çıxdı qarşıma. "Mən oxumuşam və təsirlidir, istəyirsən sən oxu, sonra davam edərik."-dedi. Beləliklə; Kitabın ilk səhifələrində yeniyetmələr üçün yazılmış bəsit bir kitab olar deyə nə yalan söyləyim, həvəssiz başladım. Zənn... Bu hiss məndən 3 ilə yaxındır ki, uzaqdır. Amma bəzən uzaqlar belə yaxın olur. Yaxınlar nə qədər uzaq olsa da. Bəli, lazım olan vaxt, vədəsi çatanda ən yaxınını belə yanında tapa bilmirsən. Ancaq şeytan, o bizi heç yalnız qoymur. Necə də sadiq "dostdur" deyilmi? Bəs dost dediklərimiz? Onlar necə, onlar da bizə sadiqmidir? Ya da sualı belə verim? Dostlarımız bizə dostdurlarmı? Yaman yerdə axşamladıq. Sonu gəlməyən düşüncələr, cavabsız suallar. Bəs, dəlicəsinə bağırdığında eşidilməyən səslər? Bir yara, min həyat! Mən bu kitaba belə bir başlıq verərdim. Ey xisləti şeytan olanlar! Atdığınız addımların sonu gəlməyən uçurumlara cığır açdığını düşünürmüsünüz bircə saniyə, yox, bu sizin üçün çox olar, salisə belə? Kimdən nəyi soruşuram. Düşüncə canidə olmayan minbir əksiklikdən biridir axı. Neçə ailə, neçə övlad! Övlad! Karma nədir bilənlər bilir, ya da çərxi fələk deyim. Buna "Kısır döngü" deyilir Türkiyə türkcəsində. "Edir atalar-analar, çəkir balalar!" Vurduğunuz öldürücü ziyanların bir gün məsum balalarınızın başına bədəl olacağını da zehninizin bir küncünə yazın bir zəhmət. Yazın ki, övladınızın gözlərində donmasın gözlərinizin son nəfəsi! "Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə!" Deyib atalarımız. Atalarımız... Necə də uzaq görən olublar. Uzağı deyil, ən yaxınındakını görməyənlər, necə öldüyünü də görməz ruhunun. Mənəviyyat da deyə bilərsiniz, mən ruh deməyi seçdim. Ölü ruhdan nə gözləmək olar ki? Çox şey! İnsaniyyəti olmayanın itirəcəyi heç nəyi olmadığı üçün vicdanı da sızlamaz. Öldürməyin Vicdanları! Səsinə səs verin, səs verin ki, səssizləşdirməsin günahsızları.
Nəimi
Nəimi
kitabı oxuduğum bu 7 gündə mənə səbr etdiyin üçün təşəkkür edirəm. Əslində, sənə söylədiyim bəzi məqamları yazmağı düşünürdüm. Ancaq belə bir əsərin incələməsində onları yazmaq zənnimcə haqsızlıq olardı. Bilirəm ki, hər birinə diqqət göstərib, nəzərə alacaqsan. Niyə puan vermədim? Çünki təsirindən çıxa bilmədiyim bir kitaba zəif qiymət verə bilməzdim. Yüksək qiymət də verərsəm, özümü təkzib edərəm. Səninlə müzakirə etdiklərimə haqsızlıq olar. Bir gün film olaraq səhnələşdirilərsə, mütləq "Ürəyi zəif olanlar izləməsin!" Yazısı ilə açılsın ekran. Ümidvaram ki, bir gün kitab rəflərində də öz yerini alacaq əsərin ancaq "əl yazma" olaraq oxumuş olmaq dəyərli hissetdirdi. Xoş mütaliələr...
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024110 okunma
··
3 artı 1'leme
·
1.381 görüntüleme
Nəimi okurunun profil resmi
İlk öncə onu qeyd edim ki, dəyərli vaxtınızdan bu qədər ayırıb kitabı oxuduğunuz üçün minnətdaram. İncələmə çox mükəmməl olub. Dediyiniz kimi nöqsanlarımın, daha başlarda olduğumun fərqindəyəm. Bu yolda verdiyiniz məsləhətlər və fikirləriniz də mənim üçün çox dəyərli və yardımçı oldu. Bir daha çox sağolun. Daha gözəl kitablarda görüşmək diləyi ilə🙏🌸
Kitabsever okurunun profil resmi
Bir müəllim demişdi, heç unutmuram; "Mən bilirəm deyənlər əsla irəliyə getməzlər." Sizin gələcəyiniz parlaqdır ☺️🌼 Davamını gözləyirəm💫
2 sonraki yanıtı göster
Elvira okurunun profil resmi
Əllərinə sağlıq çox gözəl yazmısan.🌸
Kitabsever okurunun profil resmi
Təşəkkür edirəm, əzizim💙☺️ Daha gözəlinı layiq idi, ləzzəti qaçsın istəmədim:)
2 sonraki yanıtı göster
Ays okurunun profil resmi
Canım mənim əsas mən sənə təşəkkür edirəm belə gözəl incələmə üçün❤️Əlinə sağlıq👏 Səninlə birgə kitablar haqqında müzakirələr aparmaq mənim üçün çox xoşdur😍
Kitabsever okurunun profil resmi
🙈utandırdın. Fenomenə başla, onu da müzakirə edək. Sənin fikirlərin maraqlıdır mənə🥹
2 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.