Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

184 syf.
10/10 puan verdi
·
Beğendi
·
35 günde okudu
Bu kitabı çətirsiz oxumayın !
Bir neçə il öncə hansısa yerli yazıçının yazdığı yeni bir kitab görəndə birbaşa qatlayıb kənara qoyurdum. Çünki qarşıma çıxanlar eyni mövzuların ətrafında dolanıb durur, ya plagiat çıxır, ya da əzbərlənmiş şablonlar üzərində qurulurdu. 2023-cü ildə oxuduqlarım isə məni yaxşı mənada təəccübləndirdi, bir neçə məyusedici əsər və yazıçı üzərindən bütöv bir sektoru mühakimə etməyin necə bir dardüşüncəlilik olduğunu göstərdi. Bu kitabı oxumağa başlayanda tam olaraq nə gözlədiyimi bilmirdim. Bilirdim ki, pis kitab deyil, haqqında yazılan rəylərdən araşdırmışdım bir az. Amma yaxşıdırsa, nəyə əsasən yaxşı olacağını, niyə oxunacaq o qədər kitabım varkən bu kitaba zaman ayırmalı olduğumu da anlamırdım. Di gəl ki, "Kor Nöqtə"də məni irəli itələyən hiss burada da itələdi və mən də hisslərimi hər zaman dinləyib pis-yaxşı nəticəsinə dözən biri olaraq bu dəfə də bir istisnaya yol vermədim. Əvvəllərində narın bir yağışdır, keçib gedər sanmışdım, amma oxuduqca yazıçı məni leysana saldı. Tərslikdən kitaba başlamağımla havalar da dəyişdi, bir də baxdım kitabı çantama qoyduqdan sonra üstünə xalatımı qoyuram ki, islanmasın. Bir aylıq, bəlkə, daha uzun bir macəra oldu bizimki. Bəzi günlər özümlə aparıb gətirdim, amma bir səhifə də oxumadım, əvəzində yanımdakı varlığı ilə özümü üşütdüm. Bəzi günlər yarımçıq qalmadan oxuya bilmək üçün əks istiqamətdəki metro qatarına minib yolumu uzatdım. Bəzi günlərsə bir hekayədən o tərəfə keçəcək əzmi tapa bilmədim özümdə. Və bütün bunların sonunda... Özümü heç bu qədər ümidli hiss etməmişdim. Dilimizi heç bu qədər sevməmişdim. Bəzi janrlar var ki, bizdə həm ədəbiyyat, həm də film sahəsində inkişaf etmir, edə bilmir. Bir çox cəhdlər olur, amma əksərən də süni qalır. Fuad İsayev isə pendirlə təndir çörəyinin sevildiyi bir dünya ilə droidlərin dünyasını bir-birinə elə təbii şəkildə calayır, oxucunu qazandakı qurbağa misalı elə yavaş-yavaş qaynadır ki, bir də baxırsan bədəninin bir hissəsi mavi protezdir, boynunda bir implant var və şüagövdə telefondan zəng gəlir ki, bəs qonşu Ceyran xala oğluna nişan edir, oturacaq çatmır deyə sizdəkiləri istəyir. Oxucu yaradılan dünyanı yadırğamır və məncə, bu, yazıçının ən böyük uğurudur. Amma təbii ki, tək uğuru deyil. Fuad İsayev sözlərlə oynayır. Onları gərəksiz uzun ifadələr yaratmağa məhkum etmir, təkrar-təkrar eyni sətirlərdə gəzdirmir, bəzi sözlərin arasına bitmək bilməz səhifələrlə qala qurur və təsadüfi bir abzasla hər gün yanından ötüb keçdiyimiz nəsnələrin üzərindən görünməzlik pərdəsini götürür. Sadə, göstərişsiz və şairanə... Ön/son sözdə yazıb ki, romanını bitirib. Səbirsizliklə gözləyirəm.
Od Adamların Nəğməsi
Od Adamların NəğməsiFuad İsayev · Futuristic Studios · 20231 okunma
·
334 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
senin bu incelemelerin meni doluya salir,neinki leysana)) kitabi hardan elde ede bilerem ?💜
İnci Zadə okurunun profil resmi
Çox sağ ol 💜 instagram.com/futuristic.stud... Bu nəşriyyatın instagram səhifəsidir, metroya ödənişsiz çatdırma edirlər, səhv etmirəmsə <3
1 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.