Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

260 syf.
7/10 puan verdi
·
4 günde okudu
Nəhayət ki oxudum
Senin Cahilliğin Benim Yaşamımı Etkiliyor
Senin Cahilliğin Benim Yaşamımı Etkiliyor
️Öncəliklə onu deyim ki, “linç” etməyinizə səbəb olacaq heç bir şey yoxdur. Çünki kitabı mütaliə müddətində fərqli mesajlar aldım. Ancaq
Celal Şengör
Celal Şengör
‘ün bir çox mövzulara necə yanaşdığını bilməyi çox istədiyim üçün oxudum bu kitabı :) eyniylə özünün, “nədən elmlə bu qədər maraqlanırsınız?” sualına verdiyi “mənim cavabım, mənim marağımdır.” cavabı kimi. Uzun-uzun danışmaqdansa, qısaca, bir neçə dolğun cümlə ilə şərh etməyin daha doğru olduğunu düşünürəm. Bəs yaxşı, sizdə var olan nələrin bizə təsiri olduğunu düşünürsünüz?” deyə sual ünvanlamağı çox istəyirəm və inşallah bir gün Bakı seminarında :) Kitabı iki istiqamətdə dəyərləndirmək istəyirəm; mənə görə cəmiyyət üçün obyektiv uğurlu olacaq məsələlər, və əks hal olaraq. Elə isə başlayaq Kitabla bağlı ilk ümumi bir fikri vurğulamaq istəyirəm; axıcılığı və bəzi məsələlərin, doğrudan, elmə dayanıqlığını bəyəndim. Ancaq din və qismən insanların xarakterlərinə “alçaldıcı” yanaşmağı şəxsi baxış bucağıma görə doğru deyildi. Düşünürəm ki, ifrat dərəcədə elmlə məşğul olan birisi hər kəsin fərqli düşüncə və psixologiyaya malik olduğunu da tez-tez özünə və yersiz ‘eqo’suna xatırlatmalıdır :) “Hayır, o doğru düşünce değil. Yanlış söylemiş..” 1 dəqiqə sonra : “Yaniii ola bilir, bir şey diyemem, sonuçta insan.” :))) Bilirsiniz, bir az nəyə bənzəyir? “ Bir ildir ki, politologiya ilə məşğulsan, amma yenə siyasi doğrulara gözün kordur. Heyif sərf etdiyin vaxta.” (Anlayan, anladı) Cəmiyyəti doğru inkişafetdirəcək obyektiv metodlar nələr idi? Evlilik, təhsil və təhsilin inkişafı, ailə üzvləri ilə qurulmuş həm duyğusal, həm də düşüncə olaraq doğru ünsiyyətin, uşaqların gələcək həyatına nə qədər təsirli olduğunu xüsusi vurğulamağını çox sevdim. Hətta ən ən sevdiyim fikirlərindən birini də paylaşmaq istəyirəm; “ Zamanım yok hikayesine kulaklarım her zaman tıkalıdır çünkü istersen zaman yaratırsınız.“ Təsbit kimi təsbit :) Kitab kimi bir ömür yaşayır deyə bilərəm, və doğrudan dünya üçün bir “şans əsəridir. Bir də son bir şey deyim; mütləq bir gün seminarında iştirak edəcəm.
Senin Cahilliğin Benim Yaşamımı Etkiliyor
Senin Cahilliğin Benim Yaşamımı EtkiliyorCelal Şengör · Masa Yayınları · 20232,420 okunma
·
60 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.