Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bu dünyanın qara daşı göyərməz.
Leyləklərin çöp yuvası boş qalıb, Bahar gedib, payız gəlib, qış qalıb. Göy çəməndə ocaq yanıb, daş qalıb, Bu dünyanın qara daşı göyərməz. Nə bu ocaq közərəsi, sönəsi, Nə o günlər bir də geri dönəsi... Qəm eləmə könlümün bir dənəsi Bu dünyanın qara daşı göyərməz. O gülyanaq bənddir bir xoş baxışa, Körpə budaq əl açıqdır yağışa. Min baharın hərarəti yığışa Bu dünyanın qara daşı göyərməz. Ot göyərdib o cığırım, o izim, Tufanlanıb çalxalanmaz dənizim, Daha məndən sevgi umma, əzizim, Bu dünyanın qara daşı göyərməz. Araz boyu çox mənalar sezmişəm, Elə bilmə əllərimi üzmüşəm. Ürəyimə daş bağlayıb dözmüşəm, Bu dünyanın qara daşı göyərməz
Musa Yaqub
Musa Yaqub
··
2 artı 1'leme
·
109 görüntüleme
Elnur Quliyev okurunun profil resmi
Musa Yaqubun şeirləri çox gözəldir
Gülər Qasımova okurunun profil resmi
Xüsusilə də şeirlərinin səmimiyyəti✨
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.