Gönderi

206 syf.
10/10 puan verdi
Le Bonun bu kitabını 2020 ci ildə Sivasda bir kitab mağazasından alıb aldığım gün 110 səhifə qədər bir dəfəyə böyük bir diqqətlə oxumuşdum lakin bir müddət sonra bu kitabı anlamaq üçün biraz daha çox mütailə etməm lazım olduğunu düşünüb yarım buraxmışdım 3 il sonra özümü hazır hiss edərək əlimə aldım və 3 il bundan əvvəlki məndən fərqli olaraq bu səfər daha aramlıqla hər bir cümləsi üzərinə düşünərək yenidən oxudum və onu deməliyəm ki bir baş ucu kitabıma çevrildi. Le Bon bu kitabında təməl olaraq oxucusuna kütlə nədir və onun psixalogiyası necədir sualını verir və özü cavablandırır. Le Bon deyir ki fərdlər ayrı ayrılıqda nə qədər ağıllı və əxlaq sahibi olsa da onlar bir kütləyə daxil olduqda ya da birləşib kütlə yaratdıqda onların zəka və əxlaq səviyələri aşağı düşür. Ona görə bir professor ilə cahil bir insanın zəka səviyəsi kütlə içində eyniləşər çünki kütlə ağıl və məntiq üzərinə yox , eyforik hisslər üzərinə toplanar və ya yaranar.Le Bon əsərində kütlə üçün əsas olanın hiss və gücə sitayiş olduğunu və kütlələrə mütləq bir din lazım olduğunu yazır.Nihilist nümunəsi isə mənə çox təsir edən bir nümunə idi. Gücə sitayiş və əslində bir parola bağlı olmağın hürr olmaqdan daha önəmli olması məsələsi də yenə mənim çox diqqətimi çəkən nöqtələrdən biri idi. Kütləyə Sezar tipində biri lazımdır fikri də yenə məncə bu kitabın təməl çatdırmaq istədiyi fikri izah edir.Kütlə üzərində xəyal , söz , formulanın möhtəşəm təsrini eyni möhtəşəmliklə anladan Le Bon buna paralel olaraq ağıl anlayışının kütlə üzərində necə də mənasız və işə yaramaz olduğunu da göstərir. Sadəcə özüm üçün yazdığım bu təhlilimin sonuna gəldiyimdə onu deyə bilərəm ki , Le Bon mənim fikirlərinə ən çox qatıldığım və böyük bir maraqla oxuduğum şəxslərdən biri oldu.Mənim fikirlərimdə qismən də olsa dəyişiklik yaradıb , kütləyə olan baxış tərzimin formalaşmasında mənə görə vacib bir rolu oldu. Sadəcə özümə yazdığım təhlilimin ən sonunda ənənəmə sadiq qalaraq Le Bonu daha çox oxumam və digər kitablarından da faydalanmam lazım oduğunu özümə xatırladır və burada yekunlaşdırıram.
Kitleler Psikolojisi
Kitleler PsikolojisiGustave Le Bon · Tutku Yayınevi · 20163,753 okunma
·
15 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.