Gönderi

244 syf.
9/10 puan verdi
·
Beğendi
·
27 günde okudu
"Uşaq qəlbi unudar amma bağışlamaz" –Şəkər Portağalı Çoxdandır ki, bu əsər haqqında da incələmə paylaşmaq istəyirdim. Nəhayət, buna uyğun vaxt tapa bilirəm.
Umut  Bayrak
Umut Bayrak
Əvvəlcə sizə bir daha təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzu edirəm. Qələminizə sağlıq. Əsəri bu qədər bəyənəcəyimi gözləmirdim açıqcası. Amma bəyənərək oxuyub bitirdim. "Meyus Takvimi"ndə biz Yiğitin həyat hekayəsi ilə tanış oluruq. Əvvəli çox böyük acılar və çətinliklərlə dolu bir hekayə idi bu. Qadına şiddət, uşaqlıq travmaları kimi aktual məsələlərə yer verilib əsərdə. Yiğitin anasının yaşadıqlarına baxmayaraq təslim olmaması, sonda qalib gəldiyi mübarizəsi isə mənə çox təsir etdi. Bir vaxtlar inanıb, sevdiyi bir adamla aparırdı çünki bu mübarizəni. Bəzi hissələri "Şəkər Portağalı"nda Zezeni xatırlatdı mənə. Kitabdan bu qədər təsirlənməyimdə ən sevdiyim kitabı anımsatmasının da rolu böyükdür əlbəttə ki. Yiğitin hekayəsi isə xoşbəxt sonluqla bitdi. Çətinliklər, göz yaşları oldu, uşaqlığını doyunca yaşaya bilmədi, ata sevgisinə, qayğısına həsrət qaldı bəlkə də. Amma düşünürəm ki, ən azından layiq olduğu sevgini başqa yerdə–Eylüldə tapa bildi. Ailə, valideyn qayğısı bunlar olduqca həssas məsələlərdir. Bu cür problemlərə bəzən yanlış evliliklər, bəzən yanlış insanlar və s. səbəb olur. Uşaqlıq illərini doyunca yaşaya bilməmək isə belə insanların gələcəyinə, həyatına mənfi təsir göstərir. Buna görə də xüsusilə də bu kimi mövzularda doğru və yerində qərarlar vermək, tələsməmək lazımdır. Bu məsuliyyəti dərindən dərk etmək gərəkir. Çox ama çox təəssüflər olsun ki, bəzi təfəkkürlərdə hələ də yanlış düşüncələr qalmaqda davam edir. Yanlış düşüncələr isə yanlış qərarlar, evliliklər sonradan ailədə şiddət və travmalı uşaqlar meydana gətirir. Bu zəncir i qırmağın yolu isə maariflənməkdən keçir. Bunun üçün də ən gözəl vasitə kitablardır. Odur ki, kitablarla qalaq hər zaman... Və son olaraq mən kitabı pdf-dən oxumuşam. Əldə etmək istəyənlər
Umut  Bayrak
Umut Bayrak
bəyə müraciət edə bilər. Satışda da var həmçinin istədim ki, bunu da qeyd edim pdf oxumağı sevməyənlər üçün. Hər birinizə tövsiyə edərdim oxumağı. Xoş mütaliələr hər birinizə!
Meyus Takvimi
Meyus TakvimiUmut Bayrak · İkinci Adam Yayınları · 202363 okunma
·
386 görüntüleme
Umut  Bayrak okurunun profil resmi
Güzel yorumlarınız, incelemeniz için çok teşekkür ederim. Beni çok mutlu etti 🌾 kitabım dostluğunuza hak kazanabildiyse ne mutlu bana 🖤
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.