Gönderi

Küçənin sahibləri
Həmişə otbiçən olmaq istəmişəm. Həqiqətən. Necə gözəldi. Biçilən, səqliqəyə salınan otlar. Kəsilən otların iyi... Məndən həmişə, hansı peşənin sahibi olmaq istədiyimi soruşurlar. Mən cavab verə bilmirəm. Məsələn, mən deyə bilmirəm ki, küçəyə aid olmaq istəyirəm. O insanların iyrənib baxdığı "Bomjlar".   Həyat onlara necə də gözəldi. İtirəcəkləri, itirməkdən qorxacaqları heç nə yoxdu. Onlar küçəyə aiddirlər. Hər yer onların evi, hər işıq dirəyi onların günəşi, hər isti yer onların yatacaqlarıdı. Tələsəcəkləri yer, çatdırmaq lazın olacaqları tapşırıqları, taxacaqları maska, gözəl görünmək üçün edəcəkləri vasitələr, ödəyəcəkləri borcları..... Heç nələri yoxdu. Onlar yalnız küçəyə aid deyillər, onlar həm də küçənin sahibləridirlər. Onlar azmırlar, çünki, hər yer onlar üçün tanış, hər yer onların evidir.  Heç nələri yoxdu, amma eyni zamanda da hər şeyə sahibirlər. Nə bayram dərdləri, nə də yas dərdləri var.  Necə də xoşbəxtdirlər...  Onlara yalnız yoldakı insanlar pis nəzərlərlə baxır. Necə də bədbəxt insanlardır onlar. Daha bilmirlər ki onlar bu küçələrdəki turistlərdirlər. Gündüz açan, gecənin zülmətindən qorxan solan güllərdirlər. Gecə düşəcək, hərə öz evinə gedəcək amma onlar orada qalmağa davam edəcəklər.  Küçənin sahiblərinin də öz dostları var. Sahib olmaq istədikləri qədər itləri, pişikləri var... Gəzmək istədikləri qədər yerləri... Görəsən o bahalı paltarların içərisindəki ucuz insanlar necə ürəkbulandırıcı görsəndiklərinin fərqindədirlərmi? İlahi, necə də murdardırlar!  Bəlkə də, etikadan ötrü, utancaqlıqdan, ayıblardan ötrü, nə qədər sona çatmamış sevinc, yerinə yetirilməmiş arzular var. Amma "Onlar"da utancaqlıq yoxdu, sona çatmamış arzu yoxdu. Şünki onlar olduqları kimidirlər. Olduğu kimi sevir, olduğu kimi arzulayırlar. Çünki onlar bu dünyaya sahibdirlər.  Ona görə də bu dünyada qönçələmişkən ölmək lazımdır. Amma ölmək də bunu dəyişdirməz. Hər kəs çiçək olsa, gör bu dünya necə gözəl bağça olar.   Elə yaşamaq lazımdır ki, otbiçənlərin biçdikləri ot kimi ətirli olaq. Onlar qədər təmiz. Mən ölərkən kəsilən o otun ətri kimi iylənmək istəyirəm. Hər yerə o ətirdən saçmaq istəyirəm. Qoy, mənimkimilər yaransın, ölsün və bu dünyanın bir ot tək ətri olsun.  Yeni biçilən otun içinə qarışıb, buxarlanıb, havaya sovrulmaq ümidi ilə... Yazıldı: 21.03.2017 Köçürüldü: 14.04.2018 Fatima Abbasova
·
8 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.