Gönderi

Zamanla keçərmiş
Hərdən yol ilə gedəndə, hazırlıqdan evə gələnədə, adətən gecələr, göy üzünə baxıram. Səmadakı ulduzlara, planetlərə... Səmada, haradasa yeni bir planet yaxud planetlər sistemi yaranır. Bəlkə də onunla bir yerdə yeni canlılar yaranır. Bir-birindən xəbərsiz. Bəlkə də, orada da birisi mənim kimi fikirləşir, mənim kimi yol gedir.  Sonra üzümü öz planetimizə- Yerə çevirirəm. Tələsə-tələsə yol keçən təlaşlı qadına, sevinə-sevinə maşına minən dayıya və hər şeydən xəbərsiz. saf gözlərlə ətrafı süzən balaca uşaöa baxıram. Sora hər şeyi bir-biri ilə qarşılaşdırmağa çalışıram. Haradasa bir planetdə bizdən xəbərsiz canlılar yaşayır, mən isə yol ilə evə doğru gedirəm.  Mənim hər addımımda sonsuz kainatda planet yaranır, bizim Yerd isə bir insan ölür. Həyat onsuzda belədir. Biri ölür, biri yaranır. Birinin yaşaması üçün kimsə ölür. Amma mən elə hey addımlayıram. Sanki bunların heç bir olmurmuş kimi. Küçədə heç kəs mənə fikir vermir. Heç kəs düşündüklərimi bilmir. Mənə nəzər salsalar belə, iki addımdan sonra həyatlarından heç olmamış kimi silinirəm. Varlığım heç olmamış kimi unudulacam.  Onları nə mənim qayğılarım, nə də sevinclərim maraqlandırır.  Bütün bu mənzərə məni çox üzür. Niyə bir digərinin varlığını saymadan yaşıyır? Mən bu sualın cavabını bilirəm. Çünki hər kəsin öz dərdi, öz qayğıları var. Hər kəs yaşamaq və yaşayarkən qarşısına çıxan çətinlikləri üstələmək istəyir. Əslində, bilirsiniz, insanları da bir-birinə bənzədən elə budur. Hər kəsin eyni hədəfi var, o da, xoşbəxtlikdir. Yenə deyirəm, bəlkə də bütün bunlar məni üzür, amma yolun sonunda mənim evim var. Hər yolun bir sonu olduğu kimi. Nəhayət, o qırmızı qapımızı açacam. Bu qapının arxasında məni gpzləyəcək olan ailəm olacaq. Bu qapının arxasında mənim qayğılarımı və sevinclərimi paylaşa biləcəyim insanlar olacaq. Mənim xoşbəxtliyimi istəyəcək insanlar. Mən elə bunları düşünərək, addımımı içəri atacam. Anamın məni görərkən o gül üzünə yayılan təbəssümünü görəcəm. Sonra bütün bu düşündüklərim yadımdan çıxacaq. Hamısı unudacam. Nəhayət, heç bir şey yoxmuş kimi, anamın "Acsan, qızım?" sualına gülərək cavab verəcəm. Yazıldı: 09.09.2017 Köçürüldü: 14.04.2018 Fatima Abbasova
·
7 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.