Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

230 syf.
8/10 puan verdi
·
Beğendi
#bitdi George Orwell- ümit çiçeği - [ ] Hərkəsə salam ! Yazıçının çoxları tərəfindən tanınmayan , “ ümit çiçeği” kitabını bitirdim. Kitab “ pul tanrısı - kapitalizmi”n tənqidi romanıdır . Gordon Comstock bir zamanlar zəngin və məşhur olan Comstock ailəsinin Julia ilə birgə son fərdidir . Gordon hələ 16 yaşından sosializmə meyl edərək , pul fenomeninə qarşı müharibə elan edir . Kitabda Gordon obrazının belə bir ifadəsi var , “ 16 yaşında hərkəs müəyyən dərəcə də sosialist olur “ . Gordonun pula düşmənliyi yaşı artdıqca daha da artır. Hətta yaxşı gəliri olan işlərdən qaçır , günlük xərclərini belə qarşılamayan kitab dükanında satıcı işində çalışır. Kitabların əhatəsində olmaq ruhunu nə qədər sakitləşdirsə də , hər dəfə pul sözü bir o qədər hövsələdən çıxarır onu. •Yaxın dostu Ravelston zəngin olmaqla bərabər sosialist fikirlərə sahibdir və nə qədər təbəqə fərqi olsa da Gordonla yaxın münasibətini qoruyur hər zaman. Ravelston və Gordon’un sevgilisi Rosemary onu nə qədər yaxşı gəlirlə işlər üçün razı salmağa çalışsalar da fikrindən qəti dönmür , “ pula - etiraz! “ fikri ilə yaşayır . •onun bu sadə həyat tərzi Rosemary’nin hamilə olduğunu eşitdikdə sarsılır. Evlənmək , uşaq sahibi olmaq , ailə saxlamaq Gordonu pula tərəf yönəltsədə, Gordon kapitalizmə qarşı müdafiə müxanizmləri ləğv etməmək üçün mübarizə aparır. - [ ] •kapitalizmin tənqidi üzərində qurulan , oxuduğum ən yaxşı və orjinal kitablardan biri ! - [ ] “İnsan çürümüş, kokuşmuş bir toplumda kendini bu çürümeden kurtaramaz “ - [ ] “Her ideoloji birer ekonomik şartların ürünüdür”. - [ ] 5/5 #georgeorwell #ümitçiçeği
Ümit Çiçeği
Ümit ÇiçeğiGeorge Orwell · Boğaziçi Yayınları · 19744,316 okunma
·
16 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.