Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

389 syf.
5/10 puan verdi
Müharibə ya oyun,,
Əslində, düşünülə bilər ki, bu əsərdə müharibə, kazakların həyatı əsas xətdir. Zənnimcə, bir aspektdən baxmaq doğru olmaz. Qriqorinin müharibə səhnəsindəki daxili sarsıntıları, Natalyanın sevgisi, Qriqoriyə həsrəti, ağrıları müharibəni ikinci plana salır. Əsər boyu Dunyaşkanın sevincinin, şad hərəkətlərinin şahidi oluruq. Kitabda da qeyd edilən "mən ona görə şadam ki, gömgöy saf və mavi səma da safdır" cümləsi müharibənin puçluğunu gözlər önünə sərir bir daha... Eyni zamanda, biz Aksinya Qriqori Natalya məhəbbət üçbucağını da görürük. Əsərdəki bir hissəyə diqqət edək; "Əgər Aksinya ilə Qriqori bu münasibəti gizli saxlasaydı Xutor camaatı azca danışıb səsini kəsərdi. Ancaq bunun açıq-açıq yaşanması əxlaqsızlıqdır. " Həqiqətən də, gizlin tutmağa çalışılan bir yalnış, "əxlaqsızlıq", açıqca olandan daha doğru hesab olunur?! Bəlkə də, heç Xutor camaatını narahat edən bu münasibət deyildi. Bu münasibətin onlara xatırlatdığı yaşadıqları ancaq istəmədikləri, məmnun olmadıqları həyatları idi?! Xutor mühitinə və müharibəyə baxsaq və müqayisə etsək görərik ki, cəmiyyətin qamçısı, sözlərinin itiliyi müharibədən daha dəhşətlidir... Zənnimcə, Aksinya`nın Qriqori`yə hissi arzulanmaq, bəyənilmək idi... Ehtirasdan doğan bir hiss.. Sevgi əgər sonsuz fədəkarlıq idisə, əsərdə də qeyd edildiyi kimi, Aksinyanın sevgisi qanqal otuna bənzəyirdi. Özü daxil hər kəsin ağrı-acısına səbəb olurdu. Digər tərəfdə isə Natalya Qriqori üçün fədəkarlığa hazır idi. Hətta bir məqamda Qriqori üçün Qriqori`dən belə keçməyə hazır idi.. İnsan canına qıydığı üçün vicdan əzabı çəkən, müharibə şəraitində insanların "vəhşiliyi"ni görüb sarsılan Qriqori ilə Qaranja`nın diyaloqu müharibə dəhşətlərini bir daha gözlər önünə sərirdi. Əslində, müharibə oyuna bənzəyirdi. Burada oynayanlar deyil, oyunu quran qazanırdı. Ona görə silahı "düşmən"ə deyil, oyunu qurana çevirmək lazım idi... Müharibədə can ala bildiyin qədər, insan olduğunu unutduğun, özündən keçdiyin qədər "qəhrəman" sayılırdın.. Kryuçkov kimi.. "Müharibə bəlasını hərə bir cür çəkirdi". Kimi canından olurdu, kimi insanlığından..
Ve Durgun Akardı Don - 1. Cilt
Ve Durgun Akardı Don - 1. CiltMihail Şolohov · Evrensel Basım Yayın · 20091,368 okunma
·
19 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.