Gönderi

Onu taxtanın üstünə qoydular. Gözəl,məğrur başı rüsvayçılıq xaltasına keçirdilər. Cəllad yavaşca onun boynundakı saçları qaldırdı, sonra yayı basdı. Üçbucaq bıçaq yerindən tərpəndi və əvvəlcə yavaş sonra isə sürətlə aşağı sürüşməyə başladı. İyrənc bir səs eşidildi... Haman anda başqa bir səs də eşidildi. Bıçaq zərbəsinə tapança gülləsi cavab verdi. Hovenin başı qırmızı səbətə yuvarlanıb düşdüyü anda, Simurden tapançasının birini çıxarıb ürəyinin başına sıxmışdı. O, yerə yıxılıb, canını təslim etdi.
Sayfa 325 - KitabklubuKitabı okudu
·
4 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.