Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

156 syf.
7/10 puan verdi
Psixoloji-detektiv triller janrında olan “Aktrisa” oxucunu ilk səhifələrdən - birdən-birə özünə bağlamır. Oxucu hadisələrin gedişini personajların ifadəsi vasitəsilə tədricən anlamağa başlayır. Nəhayət, gündəlik ortaya çıxdıqdan sonra hadisələr haqqında oxucunun zehnində yaranmış “öz versiyası”, qənaəti yavaş-yavaş əriməyə, əsərdəki versiyayla tanışlıq başlayır. Romanı oxuduqca yazıçının teatra, Şekspir yaradıcılığına dərin marağının olmasını hiss etmək çətin deyil. Elə əsərinin adı da buna işarə vurur. Aktrisa Lalə mono-tamaşasıyla oxucu qarşısında rolunu oynamaqdadır. Uilyam Şekspir özü də yazıb axı: “Dünya bir teatr səhnəsi, bizlər isə aktyorlarıq”.Bu yöndən baxdıqda, əslində hamımız rolda deyilikmi? Məsələn, “Aktrisa”nın müəllifi yazıçı, mən resenziya yazan oxucu, sizlər də əsər haqqında resenziyanı, təəssüratı oxuyan oxucular rolunda və s. Sadəcə əsrlər öncə Şekspirin dediyi bir cümləlik həqiqəti müəllif bizə “Aktrisa” romanıyla çatdırıb: “Hər insаnın həyаtı özünün səhnəyə qоyduğu pyеsdir. Özümüz qururuq, özümüz оynаyırıq. Uğurun dа, uğursuzluğun dа məsuliyyəti yаlnız öz üstümüzə düşür... Аmmа təəssuf ki, hеç kimin аktyоrluq fəаliyyəti yаlnız öz pyеsi ilə məhdudlаşmır. Hər kəs səhnə əsərinin rеjissоru оlmаqlа bərаbər, еyni zаmаndа, minlərlə bаşqа əsərdə muхtəlif rоllаr ifа еdir. Bаş rоllаrdаn tutmuş kiçik еpizоdlаrа qədər. Bütün bəşəriyyətin həyаtı şərq хаlçаlаrındаkı nахışlаr kimi bir-birinə hörülmüş tаmаşаlаrdаn ibаrətdir. Və hеc kim kiçicik pyеsini bu möhtəşəm hörgünün içindən çıхаrа bilmir...” (səh.68). Yazının devamı: ceylanmumoglu.com/article/ilqar-f...
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011115 okunma
·
153 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.