Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

456 syf.
8/10 puan verdi
·
17 günde okudu
A. Çexovla ilk tanışlığım, bir neçə il əvvəl, onun Qeyd dəftərçələri və məktublarını (yazışmalarını) oxumaqla başlamışdı. Sonra bir məqaləsini və onun haqqında yazılan məzəli bir əhvalatı tərcümə etmişdim. Çoxxx sevməyimə rəğmən, nədənsə, yaradıcılığına uzun müddət qayıtmamışdım yazıçının. Bir müddət idi kitabları tez-tez qarşıma çıxırdı. "6 nömrəli palata" əsəriylə yenidən oxumağa başladım və bu şəkildə "Darıxdırıcı əhvalat", "Albalı bağı" əsərlərindən başlayıb, Şərq- qərb nəşriyyatının "Seçilmiş əsərləri" ilə davam etdim oxuma maratonuna. Çexovu bir yazıçı olaraq xarakterizə edəcək və əsərləri haqda təəssüratımı yazacaq olsam, yazıçının əsərlərini oxuduqca məndə elə fikir yaranır ki, yazıçı, ya ciddi mənada pessimist olub, ya da həqiqətən ciddi qüsurları, çatışmamazlıqları, çirkinlikləri olan dəhşətli bir cəmiyyətdə yaşayıb. Çünki insanların daha çox qüsurlarını qələmə alıb, cəmiyyətdəki mənfilikləri göstərib və bu, bütün əsərlərində belədir. Sanki yazacaq azacıq da olsa, müsbət heç nə yoxdur, insanları ancaq mənfi yönləriylə önə çəkməyə dəyər. Hətta insanlarda müsbət dəyərləndirdiyimiz sadəlövhlük, saflıq, mərhəmətlilik kimi xüsusiyyətlərin belə ironik təsviri bu xüsusiyyətlərə ikrah hissi oyadır zaman-zaman. Bu xüsusiyyətlər Çexovu Tolstoya, Dostoyevskiyə yaxınlaşdırır. Çexov cəmiyyətdə gördüyü qüsurları elə incəliklə, elə ustalıq və realistcəsinə təsvir etməyi bacarıb ki, bütün əsərlərində, həqiqətən, özünü həmin mənfiliklərin şahidi olmuş, onların içində ətrafında birbaşa yaşamış kimi hiss edirsən. Hər şeydən önəmlisi Çexovun qəhrəmanları realdır, aramızdadır və bu gün də yaşayır. Çünki əsərlərində toxunduğu, gözlər önünə sərdiyi bütöv bir cəmiyyət və problemləri sadəcə həmin dövr üçün deyil, hazırki dövrdə də aktuallığını qoruyur. Bunlar ümumbəşəri qüsurlardır. Bu da Çexovun dəyərini artırır. Kitabda ən çox bəyəndiyim əsərlər "Məmurun ölümü", "Mənim həyatım", " 6 nömrəli palata", "Firəng üzümü" və s. oldu. Səhifə çoxluğu və pdf oxumaq bir az oxuma sürətimi azaltsa da, Çexov yaradıcılığı ilə daha yaxından tanışlıq böyük zövq oldu mənimçün.
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriAnton Çehov · Şərq-Qərb Nəşriyyatı · 20093,190 okunma
·
100 görüntüleme
Ferman Mamedov okurunun profil resmi
Məndə isə əksinə, Çexov, Rus yazarları arasında en optimisti olaraq yadımda qalıb. Xüsusilə, piyesleri ilə.
Şəhla Rşd okurunun profil resmi
Pyeslərindən Albalı bağını oxumuşam, yeganə optimistə yaxın əsəri o oldu. Ancaq hekayələri, xüsusilə, 6 n.li palata və Darıxdırıcı əhvalat və bu kitabdan oxuduğum hekayələr çox pessimist idi. Məktublarını və qeyd dəftərçəsini oxuduğum zaman da dərin düşünən həssas bir pessimist görmüşdüm Çexovda.
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.