Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

472 syf.
8/10 puan verdi
2015-ci ildə bestsellerə çevrilmiş və ard-arda iki mükafat ("Большая книга" və "Ясная Поляна") almış "Züleyxa gözlərini açır" romanını XX əsrin 30-cu illərində Sovet dövlətində cərəyan edən hadisələrdən bəhs edən tarixi roman kimi də dəyərləndirmək olar. Eyni zamanda gənc qadının taleyindən bəhs edən, yazıçı Lyudmila Ulitskayanın kitabın ön sözündə yazdığı kimi, "düz ürəyi nişan alan", daha çox emosiyalara yüklənmiş roman kimi də. Müəllifi "iki mədəniyyətli" yazıçılar siyahısına (Çingiz Aytmatov, Fazil İsgəndər, Anatoli Kim) da aid ediblər. Yaxina müsahibələrində bildirib ki, Züleyxa obrazını uzun zamandır zehnində yaradıb və onun haqqında hardasa üç il yazmağa davam edib. Müəllif @yakhina.info həm də ssenarist olduğundan romanı əvvəl uzun bir ssenari halında yazıbmış, sonradan üzərində işləyərək romana çevirib. Dediyinə görə Züleyxanın prototipi yazıçının öz nənəsidir. Nənə 7 yaşında olanda ailəsiylə birlikdə qolçomaqlar tərəfindən Sibirə sürgün edilib, orda yaşadıqları əzabları solğun şəkildə nəvəsinə danışıb. Nəvəsi Gözəl Yaxina isə həmin hadisələri təxəyyülündə inkişaf etdirərək belə maraqlı roman ərsəyə gətirib. Romanın adı niyə "Züleyxa gözlərini açır" seçilib? Bu cümləni saydım, romanda düz 5 dəfə istifadə olunub. Onun əksi olaraq "Züleyxa gözlərini aşağı saldı" cümləsi də bir neçə dəfə işlədilib. Müəllif bu fikirlə oxucuya nəyi ötürmək istəyib, bunu ancaq kitabı oxuduqdan sonra anlamaq olar. Bütövlükdə roman 1930-46-cı illərdəki dövrü əhatə edib. Dörd hissədən ibarətdir. Züleyxanın ər evindəki əziyyətli həyatıyla başlayıb, keçdiyi məşəqqətli həyat yoluyla davam edir. Yazıçının romanda verdiyi əsas mesaj nədir? Əsər boyu hiss etdiyimiz şey budur: heç bir məişət köləliyi, yaxud siyasi katorqa əzabı həqiqətən güclü olan insan şəxsiyyətini sındıra bilməz. Züleyxa səbirlə bütün əzablara tab gətirdi, öz insanlığını itirmədi, qəzəbinə məğlub olmadı, həyat uğrunda mübarizədə sarsılmadı. Romanı bir növ müəllifin Züleyxa vasitəsilə totalitar rejimə qarşı özünüifadəsi də hesab etmək olar. Dili sadədir (tatar, rus, fransız), folklor elementləri də işlənib ki, bununla xalq faciəsinin miqyasını yaxından dərk etməyə kömək edir. Müasir tarixi-macəra romanları içərisində seçilir. Roman qəhrəmanını bir qədər rəssam Aleksey Andreyevin @alexandreevart ülgüclə gözlərini açan qız rəsminə də bənzətdim. Yəqin çoxunuz o rəsmi internet səhifələrində görmüsünüz. Rəsmin mesajı budur: bəzən gözlərin açılması çox əzabverici ola bilər. Züleyxa da əzabverici olmasına baxmayaraq gözlərini açır ki, daha yaxşı görsün. instagram.com/p/BpRa3qtAhyy
Züleyha Gözlerini Açıyor
Züleyha Gözlerini AçıyorGuzel Yakhina · Hep Kitap Yayınları · 202040 okunma
·
102 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.