Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

1216 syf.
8/10 puan verdi
·
13 günde okudu
‘ Post-apokaliptik janr nə qədər diqqətçəkici və maraqlı olsa da bir o qədər qorxunc fərziyələrlə zəngindir. Bu qədər diqqət çəkməsinin səbədi də fikrimcə nə zamansa belə bir dövrün gələcəyinə dair içimizdəki o gizlətməyə çalışdığımız inancdır. Bir gün atom bombası da partlaya bilər, biolojik müharibədə başlaya bilər. Unutmayaq ki bu silahlar var və bizi bu gələcəkdən qırmızı bir düymə ayırır bəlkə də. ⠀ Mahşer – məhz bugünə bənzər bir dünyanın təsviridir. ABŞ`da bioloji silahlar istehsal edən müəssisədən qaçan bir işçi, dünyanın 99 %-nin qısa zamanda məhvinə səbəb olur. ABŞ əvvəlcə virusun ölümcül olmadığını, medya tərəfindən şişirdildiyini və ən geci bir həftəyə vaksinin hazır olacağını desə də, sonradan adam kimi adam olan ABŞ prezidentinin özü nitqi zamanı öskürmə krizinə tutulur və ölür. Virusun 50 saat ərzində heç bir simptomu görülmür, öksürək, nəfəs darlığı ilə başlayır və 4-cü, yəni son mərhələsində boğaz altında qaralma ilə müşahidə olunur. Öldürmə faizi 99.4 % olaraq hesablansa da, immuniteti olanlar yoluxmur, ama yoluxanlar xilas olmur. Stephen King twitter hesabında etdiyi paylaşımda covid-19-un “Captain Trips” (kitabdakı virus) qədər ölümcül olmadığını vurğulasa da, yenə də bənzərlik çoxdur. Hətta kitabda karantində qalanların keçirdiyi hisslərin bənzərini özüm karantində keçirmişəm deyə bilərəm. ⠀ Beləcə insanlıq məhvə sürüklənərkən, dövlət mexanizmləri aradan qalxmağa başlayır. İnsanlar kiçik qruplar şəklində yaşamağa başlayırlar ki, bunu tarix olaraq qəbilə, tayfa münasibətlərinə, dizi olaraqsa “Walking Dead”ə bənzətdim. Artıq dövlətlər olmadığından cinayət və oğurluqlar da genişləyib. Belə bir zamanda xilaskar rolunu 2 fərqli qütb üzərinə götürür ki, bunlar eyni zamanda xeyir və şəri təmsil etməkdədirlər. Əxlaqi dəyərlərin sıfır səviyyəsində olduğu məhvə sürüklənən cəmiyyətdə xeyir – şər nədir şəxsi mənafelərə əsaslanaraq özünə cavab tapdığından, böyük xaotik dünyanın dəhşətli təsviri həqiqətən çox qorxudur insanı. ⠀ 8.5/10️
Mahşer
MahşerStephen King · Altın Kitaplar · 20173,436 okunma
·
49 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.