Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

820 syf.
8/10 puan verdi
Filippa Qreqori Boleyn nəslindən daha bir qız 🖇 Tarixi mövzuları, kitabları sevdiyimə görə bu kitabı da sevə sevə oxudum bitirdim və çox bəyəndim. Filminə əvvəlcədən baxmış olsamda aradakı fərqlər çoxdur ona görə kaş baxmazdım yaxşı mənada dəhşət içində oxudum hər səhfəsini. Kitabdakı hadisələr Mariya Boleynin dili ilə nəql edilir. Mariya VIII Henrixin 2 il favori qadını olub. Hadisələr İngiltərədə cərayan edir. . . 🖇 Əsas mövzu ailələri tərəfindən sövq edilən 2 bacının kral və kraliyyət uğrunda rəqabətləri, iyrənclikləri, hərisliklərindən bəhs edir. Kin, nifrət, acıq, sevgi, xəyanət, çırpınmaq, boyun əymək hər cür fitnə fəsad bu əsərdə özünü biruzə verib. Kral Henrixin oğlu olmadığına görə ilk öncə 13-14 yaşlı Mariyanı ailəsi qurban verir. Mariya kraliçanın yanında qulluq edir lakin həmdə ona ən böyük xəyanəti edir. Təbii ki, artıq Mariya krala vurulmuş həm də kralı məftun etmişdir. Lakin bu bəs deyildi Mariya oğlan verməli idi Krala. İlk uşaq qız oldu. Artıq kral yavaş yavaş Mariyadan soyumağa uzaqlaşmağa başlamışdı. Ailənin təkidi ilə yenidən Mariya kralı məftun etməli oğul verməliydi ona. Bu baş verir. Mariyanın oğlu olur. Ancaq heç də hər şey ailənin planı üzrə getmir. Çünki Mariya kralın məşuqəsi idi bu isə işləri korlayırdı. Artıq kral əvvəlki kimi Mariyaya diqqət etmir ona nəvaziş göstərmirdi. Buna görə də Mariyanın bacısı Anna bu dəfə bu oyunlara daxil olur. Amma Anna Mariyadan ağıllı idi. O belə tezliklə krala məğlub olmaq istəmirdi. Ağıllı və gözəl Anna kralı özünə heyran etməyi bacarır. Kral istədiyi hər qadını yatağına asanlıqla ala bilirdi. Lakin Anna o qadınlardan deyildi. O, məşuqə olmaq fikrində də deyildi. Buna görə əlindən gələn hər şeyi, bütün iyrənclikləri edir. Kralın kraliçadan boşanması üçün hər yola əl atır hətta qəsd belə hazırlayır. Çünki kraliça olmaq arzusundadır. O qədər çirkinləşir ki, özündən, öz mənfəətindən artıq heç nə maraqlandırmır onu. Bir də qardaşları Georq var Annanın hər daim yanında olan. Bəzən Georqu sevdim bəzən də əlacım olsa özüm boğardım onu. Əsas da sonlarda məni şoka salanda ağzım açıq oxudum o səhnələri qardaş necə ola bilər ki, bu qədər gözü bağlansın inanılmaz şeylərə yol versin. Bu qədər çirkinliklərə baxmayaraq isə kraliçanın mətninə, dayanma gücünə heyran oldum. Qadın o qədər iztirabın içində yenə də başı dik qalır və öhdəsindən gəlməyi bacarır. Oxuduqca gah Mariyanı qınadım, gah Annanı. Hətta sonlarda Annaya nifrət elədim. Bir sözlə həm özü, ailəsi hirsi, qəzəbi üzündən öz həyatlarını məhv elədilər. Yalnız Mariya az zərərlə həyatını çirkabdan qurtara bilir.
Boleyn Kızı
Boleyn KızıPhilippa Gregory · Artemis Yayıncılık · 20176,2bin okunma
·
87 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.