Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

236 syf.
·
Puan vermedi
·
4 günde okudu
Nobel mükafatı laureatlı,əsərlərində Yapon mədəniyyəti və adət-ənənələrinə daha çox yer vermiş olan Yasunari Kavabatinin "Qarlı diyar" romanı yapon tarixini,adətlərini,ailə-məişət münasibətlərini,xəyanət və bağışlamaq kimi aktları və onların nəticələrini ifadə edir. Özündən öncəki bir neçə yapon yazıçının intiharına qarşı çıxan :"Bu dünyada yaşamaq nə qədər ağır olsa da,intihar qəlbi sakitləşdirmir." deyən Kavabata özünü dəm qazı ilə boğaraq intihar etmişdir. Romanımızın baş qəhrəmanları ata Sanqo,onun arvadı Yasuko,oğlu Süiti,gəlini Kikuko,Süitinin əri müharibədə ölmüş məşuqəsi Kinoko,Yasuko və Sanqonun qızları Fusako,Sanqonun katibəsi Xidekodur.Əsərdə hətta ölmüş xarakter olan Yasukonun bacısına belə yer verilməkdədir.Uşaqlarının düşdükləri bədbəxtliklər və uğursuz ailə həyatlarında valideynlər özlərini günahlandırırlar.Fikirləşirəm ki,bu təkcə Yaponiyaya deyil,elə Azərbaycanın özünə də xas olan bir adətdir.Avropadakı müasir ailələrdən fərqli olaraq ,uşağın necə yaşı olduğundan asılı olmayaq,ata və ana uşaqlarının hər zaman qayğısına qalmalı və onlara seçimlərində kömək etməlidirlər. Həyatdakı bir sıra iyrənc və qulağa xoş gəlməyən situasiyalar da romanda mərkəzdə durur.Süitinin məşuqəsinin yanından sərxoş geri dönməsi,amma bunu bilməsinə rəğmən arvadı-Kikukonun əyilərək onun ayaqqabılarını çıxarması və onu "bağışlaması",bağışlamaq kimi bir məfhumun necə müqəddəs olduğunu ortaya qoyur və Kikuko müqəddəs,saf,pak bir canlıya çevrilir.Bağışlamağı hamı bacarmır,insanların edə biləcəkləri şeylərin isə limiti olmadığını nəzərə alsaq,bağışlamaq insanı ucaldır və onun bütün ağrılarını,nifrətini,kinini geridə qoymasına vəsilə olur.Başlarda insana çoxlu ağrı verən bu akt,sonradan meyvəsini verir və insana sağlam bir ruh bəxş edir. Əsərdə qoca belə olsan bəzi şeylərin üstündən illər keçməsinə baxmayaraq qəlbini hələ də buruşdurduğunu,cavan günlərin eşqi və xatirələri ilə də yaşanıldığı göstərilir.Və o günlərə geri qayıdaraq "dejavu" yaşamaq üçün Sanqo öz gəlini olan Kikukonu əvvəldən aşiq olduğu,amma həyata əlvida deyən arvadının bacısına oxşadır.Və onu öz qızından belə daha çox əzizləyir.Bir insana bağlanmaq və ona sevgi bəxş etmək üçün qan bağının önəmli olmadığı hisslərini əsərdə hiss etdim.Çünki Sanqonun öz gəlini olan Kikukoya bəslədiyi sevgi,rəğbət və hörmət hisləri uşaqları Fusako və Süitiyə bəslədiyindən daha çoxdur.Dostoyevskinin də dediyi kimi:"Aranızda mütləq və məcburi sevgi olduğuna görə bütün qohumluq münasibətləri iyrəncdir". Bəs xəyanətə səbəb nədir?İnsanın özünün qəlbindəki doymazlıq və fərqli münasibət təcrübələri qazanmaq,yoxsa qarşı cins nə qədər gözəl,yaraşıqlı,nəzakətli,pak olsa belə sırf onu sevmədiyinizə görəmi,ya ətrafınızdakı insanların sizə təsiri və o insanların xəyanətkar bir mühitdə böyüyərək sizə aşıladığı hislər,yoxsa valideynlərinizdən birinin ya da hər ikisinin keçmişdə belə bir təcrübəsi olduğuna görə damarlarınızda axan qanda bu xüsusiyyətlərin dolaşması?İnsan dəyişkən,limitsiz,hər şeyi edə biləcək müqəddəs bir varlıqdır.Bu mövzuda səbəblər müxtəlif,nəticələr isə çox vaxt eynidir.Sanqonun arvadı Yasukoya hər dəfə baxanda onun bacısını görməsi Sanqonun Yasukoya etdiyi mənəvi xəyanət deyilmi?Fiziki xəyanət elədiyinə görə oğlu Süitini günahlandıran arvadına hər gün mənəvi xəyanət və fiziki xəyanət edən ata Süitidən belə daha çox günahkardır.Sanqonun oğlu Süitinin elədiyi səhvlərə görə isə ata xəyalqırıqlığına uğrayır.Ən böyük nəticə isə bu günahlarının və səhvlərinin oğlunun və qızının həyatında ortaya çıxmasıdır. Əsərdə müharibənin nəticəsində meydana çıxan hislər də ifadə olunur.Müharibə zamanı yaranan yaralar sağalda da,onun meydana çıxartdığı psixoloji sarsıntılar keçməməkdədir.
Dağın Sesi
Dağın SesiYasunari Kawabata · Doğan Kitap Yayınları · 201089 okunma
·
171 görüntüleme
Guliyeva Dunya okurunun profil resmi
Kitabdan necə nəticə çıxarmağım da mənim psixoloji vəziyyətimi və hal-hazırda içində olduğum ruh halını önə sərir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.