Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

512 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Başlayarkən heç bir gözləntim olmamasına rəğmən o qədər bəyəndim ki, bu incələmə üçün sözlərimin kifayət etməyəcəyini düşünürəm. Hər nə qədər uzun müddət təsirindən çıxmaqda çətinlik çəksəm də bu tip mövzuya sahib olan kitabları çox sevirəm. Almanlar, yəhudilər, tarix, yarım qalan həyatlar... Bir nəslin hekayəsi olan bu kitabda hər şey Rose'un Hope'a 7 addan ibarət bir siyahı verməsi ilə başlayır. Alzheimerdan əziyyət çəkən Rose çox nadir günlərdə bir şeylər xatırlayır və 29 sentyabr da bu günlərdən biridir. Bir siyahı hazırlayıb sadəcə oradakı 7 adla birlikdə nəvəsinin Fransaya getməsini istəyir. Həyatı onsuz da çətin olan Hope bir az tərəddüd etsə də gerçəklərin izinə düşməyə qərar verir. Hope.. kifayət qədər çətinliklər görmüş, həyatın yorduğu insanlardan biridir. Bu yorğunluq ona xəyalları üçün vuruşmasında , özü üçün, xoşbəxtliyi üçün savaşmasında əngəl olsa da kənar dəstəklər vasitəsilə axır ki hərəkətə keçməyi bacarır. 36 yaşı olmasına baxmayaraq hələ də həyatı, özünü, sevgini sorğulayan Hope ilə bərabər onun iç dünyasına etdiyi səyahəti oxumaq çox maraqlı idi. "Ve kendim için ağlıyordum çünkü yolu bilmiyordum. Cevapları nasıl bulacağımı bilmiyordum." shf 475 Hope'un özü ilə verdiyi mübarizədə ən sonunda bir şəkildə də olsa öz "yolunu" tapmasına çox sevindim. Hope ilə əlaqədar əlavə etmək istədiyim bir şey daha var. Bəzi məqamlarda hədsiz qərarsız qalırdı, hansı ki cavab gözünün önündədir, bu mənə çoxca özümü xatırlatsa da ona əsəbləşmədən keçə bilmirdim. Burda əsəbim daha çox özümə idi, çünki bəzən cavab tam da gözümün önündə olsa da görə bilmirəm. (görməmək işimə gəlirsjsj) Annie haqqında uzunca danışmaq istəmirəm, kitabdakı bir çox insandan, hətta Hope'dan belə daha məntiqli düşünən, ümidini bir saniyə belə itirməyən, çox əzmli, inadkar bir xarakterə sahib idi. Eyni zamanda bütün bu özəlliklərlə yanaşı anasına qarşı necə davranmalı olduğunu da bilmirdi. Bəli, hekayə irəlilədikcə bunun səbəblərini və s. öyrənsək də, Annie mənə hədsiz şıltaq bir xarakter kimi gəldi. İncələmənin mənim üçün ən həyəcanlı yeri məhz Rose haqqında olan hissədir. Rose... səninlə bərabər günün batdığı saatlarda səmada yaranan möhtəşəmliyi izləməyi, ilk ulduzun parladığı o həyəcanlı dəqiqələrdə yanında əyləşməyi o qədər çox istəyərdim ki... bütün hekayə boyunca öyrəndiyim hər detalı səninlə barəbər yaşadım, çoxca ağladım, çoxca gözüm yollarda qaldı, bu qədər insan içərisində yalnızlığını səninlə bərabər iliklərimə qədər yaşadım. O qədər təsirləndim ki sənin hekayənin hər saniyəsindən... ən çox da "yıldız turta" hekayəsindən :( "gökyüzünde yıldızlar olduğu sürece..." Dinlər haqqında olan hissələr isə o qədər gözəl işlənmişdi ki. Anlaması son dərəcə asan olan şeyləri anlamamaqda israr edir bəzən insanoğlu. Olur e, bir mövzu vardır hansı ki o haqda sən də eyni düşünürsən, ancaq başqa birinin ağzından eşidəndə daha bi haqlı gəlir e qulağa, bax bu kitabda dinlər haqqında yazılan fikirlərdə eynisini düşündüm. Bir alıntı ilə fikrimi açmaq istəyirəm: "Evet ben bir Yahudiyim, ama aynı zamanda bir Katoliğim, ve Müslümanım da. Hepsi aynı şey değil mi? Farklılıkları yaratan insanoğlu. Bu hepsinin Tanrı'sının aynı olmadığı anlamına gelmez."shf 154 Uzun müddət unuda bilməyəcəyim bir hekayə oldu, xatırladıqca gözlərim dolu dolu olur, qəlbimdə hələ də bir qırıqlıq var. Səmaya hər baxanda Rose'u xatırlayıram, Günəş batarkən yaranan rəng çaları ağlıma hekayəni uçuşdurur. Artıq mənim üçün də hər ulduzun bir adı , hiss etdirdiyi daha böyük bir anlamı var.
Gökyüzünde Yıldızlar Parladıkça
Gökyüzünde Yıldızlar ParladıkçaKristin Harmel · Martı Kitabevi · 2013162 okunma
·
349 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.