Gönderi

352 syf.
10/10 puan verdi
·
10 günde okudu
Antologiya nümunələri çox gözəl seçilmişdi.Syusaki Endonun "Dəniz və zəhər",Kenzi Maruyamanın "Ay üçün ağı", Kenzaburo Oenin "Nüvə əsrinin guşənişini",Akutaqava Rünoskenin "General" hekayələri və Yaponiya ədəbiyyatının klassik şeir nümunələri olan xokkular verilmişdi.Xokku kimi şeir nümunələrini başa düşmək,altında yatan mənanı başa düşmək üçün çox hazırlıqlı olmaq və üzərimizdə yaxşıca işləmək lazımdır.Dilimizdəki aşıq deyişmələrinə bənzəyən renku poeziyası isə xokku (üçlük) və yaxud tanka (beşlik) ilə başlayır,arxasınca beyt,daha sonra isə xokku.Və bu şəkildə ardıcıllıq davam edir.Ancaq mövzu müstəqil deyil.Renkuda danışılan mövzu hər an dəyişilə bilər.Məhz elə buna görə də güclü ayıqlıq tələb edir.Etiraf edirəm ki,bu ayıqlıq renkunun hər beytində məndə təzahür edə bilmədi,amma təzahür edənləri də ayrı bir şəkildə başa düşərək,həzz alaraq oxuya bildim.Xokku,tanka,renku kimi klassik nümunələr həm də yaşadığımız ana bizi gətirərək,olduğumuz dəqiqənin mənasını başa düşməyə və onun fərqində olmağa kömək edir... Xalq poeziyasında qırqovulun valideyn məhəbbətini ifadə etməsi,"ot" ifadəsinin xalq mənasında işlədilməsi,Yaponiyada qış geyimindən yay geyiminə keçirməsinin xüsusi mərasim kimi qeyd edilməsi,yeni il ərəfəsində yeni ilə borclu qalaraq girməmək üçün həm Yaponiya,həm də Çində bütün borcların geri qaytarılması kimi adətlərin mövcud olması,Yaponiyada həmişə may ayında yağışın daha çox yağması səbəbi ilə yaponların buna "samidare",yəni "yağışlar çayı" deməsi,pəncərə şüşə əvəzinə bəzən kağızdan istifadə olunması,hər il martın üçündə qızlar üçün "Kukla bayramı" keçirilməsi və s. Çox diqqətimi çəkdi.Və mənə necə çoxsaylı adətlərinin olmasını düşündürdü.Həqiqətən günün birində bu adətlər ilə yaxından tanış olmağa üçün Yaponiyaya səyahət etmək istərdim.Əsas da Azərbaycan xalqının nəif adət-ənənələrindən biri olan "çay süfrəsinin açılması və bəzədilməsi" kimi adət-ənənəyə qardaşlıq edən bir ölkəni səyahət etmək istərdim.Və onların çay süfrəsi ilə tanış olmaq istərdim... Antologiyanın içində yer alan və mənə sözün əsl mənasında öz yumşaq barmaqları ilə toxunan hekayələrdən biri Kenzi Maruyamanın "Ay üçün ağı" hekayəsi oldu.Yazarın 1968-ci ildə yazdığı bu hekayədən başqa,"Akutaqava" ədəbiyyat mükafatına layiq görülmüş "İllərin axarı" povesti,"Planetlər mənbəyi","Çölə düşən ulduz","Ürək çırpıntısı" kimi romanları da oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Biva.Gəzərgi rahib.Pərdə.Ay.Balıq dərisindən kostyum.Qartopu.Alma ağacları.Yaeko.Bu sözləri və adı yazar tez-tez istifadə edir,ancaq bunu elə məharətlə və ardıcıllıqla istifadə edir ki,insan duymaqdan bezmir.Hər sözün altında yatan başqa bir mənanı axtarır.Bu sözlər insanı yaşamadığı keçmişə aparır. Qırx yaşından 9 ay keçmiş bir kişi.Yaşadığı kənddə öz azadlığının əsiri olan,bu yaşında əlində qalan bir neçə xatirəni xatırlayıb kədərlənməkdən,sevinməkdən başqa əlində heç nəyi olmayan bir kişi.Biz sivilizasıyanın,bizi əhatə edən insanların və onların duyğularının əsiriyik?Yoxsa bu vəziyyəti yaradan bizik?Bəs bundan qaça bilərik?Bizə şah damarımız qədər yaxın olan şeylərdən,özümüzdən necə qaça bilərik axı?Bizi biz edən varlıqdan,bizi biz edən heçlikdən necə qaçıb uzaqlaşa,heç nə olmamış kimi davrana bilərik?Yazar o qədər poetik,lirik bir tərzdə bu suallara öz yanaşması ilə cavab verib ki,insanın iliyi donur,qulağına qız ağısına bənzəyən bivanin sarsıdıcı,amma dəhşətli şəkildə rahatladıcı səsləri gəlir... Dünyaya gəl,atana alma ağaclarında kömək elə,böyüməyə və inkişaf eləməyə başla,baxçaya get,məktəbə get,liseyə get,evlən,uşaq böyüt,uşağı baxçaya,məktəbə,liseyə qoy,öl.Həyat.Həyat bundan ibarətdir bu kənd üçün.Heç kim bu cızıqdan kənara çıxmır,cürət edənlər isə başqa adla adlandırılır.Hər kəs üçün həyat anlayışı,yaşamaq tərzi müxtəlifdir.Amma yaşamaq istədiyimiz kimi yaşayırıq?Ümumiyyətlə biz yaşayırıq? Qəhrəmanımız-40 yaşından 9 ay keçmiş kişi öz həyat hekayəsinə lenti geri sardıqca bu problemləri də öz beynində həll edir,təəssüflənir,yaşayıb-yaşamadığını,günlərini necə keçirdiyini sorğulayır.Ömrünün yarısına gəlib çıxmış adam üçün bundan sonra necə yaşayacağının bir mənası varmı?Yoxsa həyat bunları başa düşəndən sonra başlayacaq?Suallar,suallar...Bəlkə də özüm o cavabları tapa bilmədiyim üçün belə ifadə edirəm.Bəlkə də bunlar ritorikadır.Bəlkə də bunların cavabını heç kim,heç vaxt tapa bilməyəcək. "Hara gömdün öz sevincli günlərini, Sən o zaman yaşayırdın?" Bizi əhatə edən cəmiyyət,hər gün söhbətləşdiyimiz insanlar,gördüyümüz işlər,fikirləşdiyimiz şeylər bizi olduğumuz insana çevirir.Sivilizasiya inkişaf etməzsə,proqress haqqında fikirləşməzsə cəmiyyət necə inkişaf edə bilər? Qəhrəman hər pərdədə geriyə,keçmişə qayıdır.10 yaş,20 yaş,30 yaş və indiki dövr. Əkinçi üçün nəyin önəmli olduğunu deyin:televizor yoxsa balaca traktor?Əlbəttə televizor.Çünki pulumuz çatmasa belə qonşulardan geridə qalmamaq üçün və hər axşam şüuraltımızda öz çirkli ayaqları ilə gəzən verlişlər bizim üçün həyati önəm daşıyır.Amma zamanla alışırsan.Hətta yorğun gündən sonra istirahət etmək,sadəcə televizor izləməklə olur. Yazar bol məhsulu olmasına baxmayaq öz həyatında dəyişiklik edə bilməyən,geridə qalan kənd işçilərini təsvir edir:"Acından ölmürük,borca düşmürük,amma kasıbıq".On il əvvəlki kəndxuda belə at belində yox,avtomobildə gəzir.Şəhərə işləməyə gedən kəndlilərin isə əksəriyyəti kəndə geri qayıtmır.
Yapon Ədəbiyyatı Antologiyası
Yapon Ədəbiyyatı AntologiyasıKolektif · Şərq-Qərb Nəşriyyatı · 20103 okunma
·
52 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.