Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Vaxt keçəcək, dövr edəcək, Qan-qadalı hərb bitəcək, Yağıları qovacağıq bu torpaqdan. Mütləq geri alınacaq Şuşa, Ağdam, Geri alacağıq Kəlbəcəri, Laçını da, Qarabağa bütün Yollar açılacaq. Hərb bitəcək, ağrıları Göynədəcək zaman-zaman. Övladları həlak olan Analarsa bu dəhşətə Dözməyəcək... Hərb bitəcək, Amma onun üstümüzdən Getməyəcək kölgələri. Görən necə böyüyəcək Məmləkətin yüzlər ilə, minlər ilə, Yetim-yetim körpələri?.. Neyləyəcək sevdiyini Qurban verən sevgililər?.. Qəlblərində həsrət, qübar, Nə vaxtacan qara geyib Ağlayacaq nişanlılar?.. Hərb bitəcək, ağrıları Odlayacaq sinəmizi... Şəhidlərin göynəkləri Kəsməyəcək... Onlar bizi and verəcək Bir Allaha, Aldanmasın millət daha... Aldanmasın baxa-baxa, görə-görə Nə daxili, nə xarici Düşmənlərə... Hərb bitəcək, amma onun Bitməyəcək sualları... Vaxt keçəcək, dövr ötəcək, Qan-qadalı hərb bitəcək... İnamım var böyük qələbənin gəlişinə... Onda necə çıxacaqlar Çox xainlər el içinə?.. Soruşuram dönə-dönə, təkrar-təkrar, Hansı üzlə tıxacaqlar Çörəyini bu torpağın?.. Bilməm hansı qəbrə qoyulacaq, Xalq acından saralanda Topdağıtmaz sarayında, Hər gün öpüb əndamını, Göz-qaşını, Öz erməni aşnasını Gizli yerdə yağ içində saxlayanlar, Amma üzdə millət deyib ağlayanlar... Hərb bitəcək, çəkiləcək Ağrıları, qorxuları... Amma heç vaxt bitməyəcək Sualları, sorğuları...
··
53 görüntüleme
Bu yorum görüntülenemiyor
Shade okurunun profil resmi
Və Şuşa'mız geri döndü♥
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.