Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

151 syf.
9/10 puan verdi
·
12 günde okudu
Başqalarının acısına baxmaq "Bizdən ya da bizdən olmayanlara qarşı rəğbət bəsləyə bilməsək, necə insan ola bilərik?! Ən azından bəzi anlarda özümüzü unutmağı bacara bilməsək, necə insan ola bilərik?! Yaşadıqlarımızdan dərs çıxara bilməsək, necə insan ola bilərik?! Ya bağışlaya bilməsək, o zaman olduğumuzdan başqa bir şey halına gəlmərikmi?!" Müharibələr, müharibənin yol açdığı fəlakətlər zamanı çəkilmiş saysız şəkillər var. Həmçinin biz də uzun illər müharibənin yıxıcı təsirlərini görmüş, soyqırıma məruz qalmış bir millətik. Həmin müddətlərdə də və sonrasında da çəkilmiş saysız belə şəkillər var. Hər biri də şəkillərin təsirli gücünü, belə kadrlar qarşısında insanlığın gündən-günə necə də duyarsız qaldığını göstərir. "Başkalarının acısına bakmak" təsirli kitablardan biridir və məhz bu mövzunu diqqətə alır. Təsirli şəkillərin funksiyası nədir, insanları necə təsirləndirir, onlarda necə bir iz buraxır, bu şəkillər həqiqətən də hansısa bir məqsədə qulluq edirmi və s. kimi suallara cavab tapmağa çalışılır. Kitabda mükəmməl şəkildə insan-şəkil-hissiyyat əlaqəsi qurulur. Sontag'a görə informasiyanın bol olduğu bu dövrdə şəkil yaşananları qavramağın, yadda saxlamağın ən yaxşı yoludur. Amma bir məqam da var ki, bəzən şəkillər obyektivliyin, həqiqətin özü kimi görünsə də, yalnız bir baxış bucağından çəkilmiş olur, vacib bir nöqtəyə vurğu eləyir, amma tamamını əks etdirmir. Kitabda şəkillərin iki vacib təsiri üzərində dayanır. Birincisi, diqqət yaratmaq təsiridir. Bir çox fəlakətlər, münaribələr, soyqırımlar, qətliamlar olub ki, çəkilmiş şəkillərlə diqqət mərkəzinə gətirilib. İkincisi, hissizləşdirmədir. Bir çoxları bu kimi xəbərləri, şəkilləri sosial mediadan, KİV-dən, digər mənbələrdən görür, izləyir, amma yenə də yararsız, sıradan reaksiyalar verir və get-gedə hissiz, duyarsız birinə çevrilir. Ümumən kitabda çox gözəl nöqtələrə toxunulur. Vizuallığın vacib bir rol aldığı dövrdə başqalarının acısına baxmaq onların acısını hiss etmək, onların ağrısına şərik olmaq üçün yetərlimi?!
Başkalarının Acısına Bakmak
Başkalarının Acısına BakmakSusan Sontag · Agora Kitaplığı · 2004453 okunma
·
456 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.