Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
10/10 puan verdi
·
Beğendi
Eh Nuriyyə eh... O qədər gözəl əsərsən ki, cümlələr yanında sönük qalar. Nuriyyə romanın qəhrəmanı və onun 224 səhifəyə sığan nakam sevgisi. Əsər Nuriyyənin dili ilə nəql edilir. O, aktrisalıq üzrə təhsil almış və bir gün təyinatla Güney Qışlaq kəndinə mədəniyyət evində işləməyə gedir. Bu kənddə isə məktəb vaxtı gördüyü və ilk baxışdan sevdiyi leytinantla qarşılaşır. O leytinant ki, Nuriyyəyə görüş vəd etmiş, o görüşə isə gəlməmişdir. İndi isə üstündən artıq 5 il keçmiş və həyat yenidən onları qarşılaşdırmışdır. Amma artıq leytinant Murad evlənib və bir oğlu da var. Nuriyyənin isə ona qarşı olan sevgisi ilk günki kimi təmiz və saf qalıb. Onun qəlbi, ruhu, insanlığı o qədər mərhəmətlidir ki, deyərdim özünü fəda etdi. Bəlkə də onun yerinə başqa bir qadın olsaydı əlinə düşən fürsəti geri çevirməzdi. Amma yazıçı onu o qədər mərd, əxlaqlı təsvir edib ki, Nuriyyəyə yalnız əhsən demək düşür. Onun Səadətə olan səbrini, dözümünü isə alqışlayıram. Səadəti də bir qadın kimi başa düşürəm və halına da acıdım. Sevginin çoxluğu bəzən insanı uçuruma aparır. Çox bu barədə yazmayım çünki istəyirəm hamıııı bu əsəri oxusun, o incə, kövrək qəlbli Nuriyyəni tanısın. Nuriyyə bu kəndə gələndən sonra mədəniyyət sahəsində çoxlu işlər gördü. Tez-tez tamaşalar verirdi, insanları mütaliə etməyə cəlb edirdi. Artıq o, kənd camaatının sevimlisinə çevrilmişdi. Romanda həm də, Güney Qışlaq və Quzey Qışlaq kəndləri arasındakı ədavətdən də bəhs edilir. Bu iki kənd camaatının Söyüdlü arx üzərində mübahisəsi, onlar arasında inciklik yaradır. Nəriman dayının Söyüdlü arxın çəkilməsində böyük zəhməti olmuşdur. Həm də arx çəkilərkən Muradın atasından kömək istəsə də o buna razı olmamışdı. Murad Quzey Qışlağın kolxoz sədridi. Ona görə də istəmirdi Söyüdlü arx Quzey Qışlaq kəndinə qədər gedib çatsın. Suyun olmaması isə oradakı kənd camaatının yaşayışını çətinləşdirirdi. Sonluğu isə başqa cür təsəvvür edirdim amma heyif ki, olmadı. Amma yenə də, gözəl sonluq oldu. . Nuriyyə məndə elə bir iz qoydu ki, bu həyatımın dərsi oldu. Nə gözəl ki, səninlə tanış oldum.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020781 okunma
·
495 görüntüleme
Əhmədova Gülarə okurunun profil resmi
Bu kitab haqqında 1K dostlarımın artıq 5 ya da 6-cı incələməsi çıxır qarşıma. Kitabı hələ də əldə edə bilməmişəm, hər haqqında incələmə oxuduqca səbrsizlənirəm) Yazılan bütün təəssüratlar da ayrı-ayrılıqda çox gözəldir ❤️ Tezliklə mən də oxuyacam.
Təbəssüm Mustafaeva okurunun profil resmi
Çoc sağ olun🤗 mütləq gecikdirmədən oxuyun😇
Murad Kazımov okurunun profil resmi
Biraz spoiler veribsiz elə bil) İncələmələri kitabın mövzusu, çatdırmaq istədiyi fikirlər, sizə təsiri və s. şəkildə təsvir etsəz daha məqsədəuyğun olar.
Təbəssüm Mustafaeva okurunun profil resmi
Yəqin haqlısız 🙂 əsər mənə o qədər gözəl təsir edib ki😇 gələn dəfə çalışacam olmasın
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.