Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

712 syf.
·
Puan vermedi
·
12 günde okudu
İnsanlar əslində bir-birinə əzab vermək üçün yaranıblar.
"İnsan qəlbinin mahir bilicisi" -F.M.Dostoyevskinin fəlsəfi romanlarından sonra insanlıq yaşca böyüdü. "İdiot" Dostoyevskinin oxuduğum 2-ci əsərdir. Adam sadəcə möhtəşəm yazır. Sıxıldığım anlarda oldu ,lakin ümumi olaraq möhtəşəm bir əsərdir. Obrazların rəngarəngliyi, hər səviyyədən insanın olması əsəri daha başqa maraqlı edib. Onların duyğularının müfəssəl izah olunması, üz-cizgilərin ətraflı təsvir olunması isə əsəri daha dəyərli edir. Əsərin əsas qəhrəmanı Knyaz Lev Nikolayeviç Mışkindir. O, epilepsiya xəstəliyindən əziyyət çəkir. İsveçrəyə müalicəyə göndərilir (Pavlişevin köməyi ilə). Knyaz bir neçə ildən sonra Peterburqa qayıdır. Və macəra başlanır. Əsərin qəhrəmanı Knyaz Mışkini hamı "İdiot" adlandırır. Lakin yazıçı knyazı müxtəlif təbəqədən olan insanlarla qarşılaşdıraraq göstərirki knyaz heç də axmaq deyil. Əksinə hər kəsdən daha ağıllı və incə məqamları duyan həssas bir insandır.(Hərçənd knyazın bəzi hərəkətlərini heç cür anlaya bilmədim. Yenədə olsun heç kəs mükəmməl deyil onsuz) Əsərin məzmununa çox toxunmadan mənə maraqlı gələn mövzuları şərh etmək istəyirəm. Mənə maraqlı gələn hadisələrdən biri knyazın Yepançilərdə kamerdinerlə başlayan daha sonra Yepançilərlə davam edən edam haqqındakı sözləridir. Hökm oxunduqdan sonra deyirlər ki "get səni əfv edirlər". Çar I Nikolayın dövründə Dostoyevski özü edam cəzasına məhkum olunur və güllənmə əmri verilir. Daha sonra isə əfv fərmanı verilir. Və bu hadisə yazarda böyük izlər buraxır. Knyazın Lizaveta Prokofyevna və qızları ilə olan edam söhbətində hər şey çox açıq, müfəssəl izah olunmuşdur. Sadəcə o duyğunu yaşıyan biri bunu bu qədər ətraflı izah edə bilərdi. Əsərdə həmçinin ekzistensializm temalı fikirlərdə mövcuddur. Bəzi mənbələrdə ekzistensialistlərin Dostoyevskinin yazılarından ilham aldığı göstərilir. Məhşur ekzistensialistlərdən olan Sartre qeyd edirdi: "Dostoyevski bir vaxtlar yazmışdı: "Əgər Allah yoxsa, deməli hər şey etmək olar". Bu fikir ekzistensializmində çıxış nöqtəsidir. Əsərdə o qədər dərin fikirlər varki bir dəfə oxumaqla başa düşmək çox çətindir. Unudulmaz iki qadın qəhrəman Nastasiya Filippovna və Aqlaya İvanovna. Həm bir-birlərinə çox bənzəyirlər, həm də bir o qədər fərqli insanlardı.Bu iki qadının hekayəsini oxuduqca özümə suallar verirdim. Bir insan eyni zamanda 2 qadını sevə bilərmi? Bunun bir məntiqi açıqlaması ola bilərmi? Bir insan 2 qadın və hər ikisinədə duyulan dəhşətli sevgi. Mənim məntiqimə uymadı. Doluya koydum almadı, boşa koydum dolmadı:D. İşin içindən çıxa bilmədim. Fikirləşdikcə daha dərinə batdım. Daha sonra kitabı yenidən oxuyacam və o zamanda belə düşünəcəm yoxsa haqq verəcəm bilmirəm. O vaxta qədər isə kitabla qalın.
İdiot
İdiotFyodor Dostoyevski · Qanun · 201325,3bin okunma
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.