Gönderi

112 syf.
10/10 puan verdi
·
Beğendi
🖋Axı bu dünyada məhəbbətini nadir hallarda qazana bildiyimiz günahsız uşaqları aldatmaqdan asan heç nə yoxdur. ilk səhfələrdən artıq əsəbləşməyə başlamışdım. Mövzu Baron və 12 yaşlı Edqarla, onun anasının məzuniyyət vaxtı başına gələnlərdən bəhs edir. Baron əyləncə, qadınların həvəsində olan gəncdir. Yaşadığı mehmanxanada Edqarın anasını görür və onunla tanışlıq məqsədi ilə Edqardan istifadə etməyə çalışır. Bu iyrənc plan əvvəlcə çox gözəl yerinə yetir. O, Edqarın ürəyini ələ ala bilir, məsumluğundan, uşaqlıq saflığından, istifadə edərək Edqarla dostluq qurur. İlk günlər Edqar inanılmaz hisslər yaşayır bu dostluqdan. Lakin getdikcə hiss edir ki, heç də hər şey onun düşündüyü kimi deyil. Anasının ona qarşı münasibətinin soyuqlaşması, Baronun ondan qaçması, əhəmiyyət verməməsi onu o qədər incidir ki, səbəbini axtarmağa çalışır.. Onlar arasında baş verən “dəhşətli sirr”i öyrənməyə çalışır. Bunun üçün də o, anasını, Baronu güdmək fikrinə düşür.. Edqar onun yaşadıqları məni üzdü. 12 yaşında yeniyetmə oğlan uşağının hissləri ilə oynamaq, onu incitmək, inamını sarsıtmaq, qəlbini qırmaq və bunu edənlər isə hələki öz yaxınının, doğman olarsa... Bütün bunlara baxmayaraq onun əzmi, qüruru, anasını qorumaq istəyi, çabalaması da mənə qəribə hisslər yaşatdı. . Ştefan Svayq çox vaxt qadınları ön plana çəkir. Ona görə marağımı çəkib onun əsərləri. Amma bu dəfə Matildanı ana kimi, qadın kimi qınadım. Çünki hal-hazırda da onun kimi bəzi “qadınlar” var ki, nəfsinə, ehtirasına özünü, ya da öz ailəsini, balasını hansısa kişiyə qurban verir. Bir müddət sonra ya peşman olub taleyi ilə barışır, ya da şansı gətirir ailəsi qəbul edir ( nadir hallarda ). İnanıram ki, oxuyan hər kəs bu əsəri sevəcək. S. Şvayqın ən çox da konkretliliyini sevirəm. Hadisələri dolaşdırmır, uzatmır.
Dəhşətli Sirr
Dəhşətli SirrStefan Zweig · Qanun Nəşriyyat · 201842,2bin okunma
·
107 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.