Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Aşk Şiirleri

Aleksandr Puşkin

Sözler ve Alıntılar

Tümünü Gör
Sən və Siz
O yanılıb "siz" sözünü əvəz etdi "sən" ilə, Sanki, gətirdi könlümün hər telini o, dilə, Vurğun qəlbdə bu mənadan oyandı xoş arzular, Hiss elədim bu söhbətdən mən özümü bəxtiyar. Qarşısında dalğın-dalğın xeyli durub dayandım, Gözlərimi çəksəm ondan, ömrüm bitəcək sandım. Dilə gəlib söylədim: "siz lütfkarsınız, ey sənəm!" Ürəyimdə dedim: "səni bilsən necə sevirəm!"
Elegiya
Yox! Məndən heç zaman ayrılmayacaq Şirin məhəbbətin acı göz yaşı!
Reklam
Məhəbbət bircə şeydir - soyuq ömrün nəşəsi, Məhəbbət bircə şeydir - qəlbin dərdi möhbəti. Onun verdiyi nəşə bircə andır, bircə an, Kədərinin, qəminin heç yoxdur nəhayəti.
İtirib ağlımı, dilimi birdən Sizə tək gözümlə baxmaqdayam mən; Nə çarə, başımda iki gözüm var... Əgər istəsəydi o Pərvərdigar, Yüz göz lütf etsəydi taleyim mənə, Yüzü də tək sizə baxardı yenə!
Mən sizi sevirdim: bəlkə, məhəbbət Tamam sönməmişdir könlümdə hələ Qoy eşqim verməsin sizə əziyyət, Kədərli olmayın bircə an belə. Ümidsiz sevirdim sizi sakitcə, Didirdi ruhumu qısqanclıq, təlaş. Mən sizi sevirdim səmimi, incə, Beləcə sevəydi başqası da kaş.
Ayrılıq
Ancaq səni düşünərək yatıram, ah biləsən. Xəyal olan yuxumda da gözüm görür tək səni; Fikrə getsəm, ixtiyarsız çağırıram səni mən, Qulaq versəm, eşidirəm ancaq sənin səsini. Pərişənhal əyləşirəm dostlarla bir cərgədə, Anlaşılmaz qalır mənə söhbətləri, sözləri, Hərəkətsiz nəzərlərim onları seyr etsə də. Gözüm artıq seçə bilmir mənə tanış üzləri.
Reklam
Rəssama
Utancaq bir eşqin xəyalını çək, Onunla mən nəfəs alıram hər dəm. Bu məftun aşiqin xoşbəxtliyilə O şəklin altında mən qol çəkərəm.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.