Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Alqış Sədaları Altında Ölüm

Çingiz Abdullayev

Sözler ve Alıntılar

Tümünü Gör
Əgər yalan danışmağı öyrənmisinizsə, edəcəksiniz. Bu, yoluxucu xəstəlik kimidir. Yapışdısa, ǝl çəkən deyil. Heç bir dərman kömək edə bilməz.
Sayfa 214Kitabı okudu
Övladı öz atasına qarşı nifrət ruhunda tərbiyə etmək olmaz. O, yavaş-yavaş bütün dünyaya nifrət etməyə başlayır və bir də gördün qırıldı.
Sayfa 161Kitabı okudu
Reklam
Deyirlər ki, istənilən qadın həyatında olan ilk kişini bütün ömrü boyu yadında saxlayır. İdealda yəqin hər bir qadın elə yaranıb ki, onun bütün həyatı boyu yalnız bir kişisi olmalıdır. Bəzilərində bu alınır, bəzilərində yox.
-Elə danışırsınız ki, guya özünüz daha cavansınız, -Olqa Sigizmundovna kədərlə qeyd etdi, - 38 yaşında hələ hǝr şey qabaqdadır. Adama elə gəlir ki, həyat gözəldir. 40-dan sonra başa düşməyə başlayırsan ki, zamanın azalmaqdadır. Hüqonun "Şaqren dərisində” olduğu kimi.
Deyirlər ailədəki çətinliklər adamları bərkidir. Əslində isə çətinlik ailə cütlüklərinin daha tez ayrılmasına səbəb olur. Bu cür sınaqlara hamı dözmür.
Bilirsən, bu cür bütün ömrü boyu inadkarcasına yuxarılara dırmaşan adamlar var. Nəhayət, uğur qazanırlar və adama elə gəlir ki, müəyyən bir zirvəni fəth etdiyinə görə sevinməli, şad olmalıdırlar. Ancaq onlar sevinmirlər. Onlar yalnız öz əzab və çətinliklərini xatırlayır, buna görə də bütün dünyaya və bu yolu daha asan və tez keçən adamlara nifrət edirlər.
Sayfa 103Kitabı okudu
Reklam
- Bəlkə istəyirmişlər? Əgər qılıncı təsadüfən deyil, qəsdən dəyişiblərsə, necə? - Onu tamaşada qəsdən dəyişiblər, - Burdun qımışdı, -həyatda isə belə olmur. Şekspirdə hər şey bir qədər şişirdilmiş şəkildədir. Hisslər, obrazlar, məhəbbət, nifrət... Həyatda isə hər şey xeyli sadədir. Baxın, siz bilirsiniz ki, Lev Tolstoy onu o qədər də sevməyib? - Bilirəm. Ancaq bu, Şekspirin dəyərini azaltmır. - Mən də heç demirəm ki, Şekspir pis müəllifdir. Sadəcə olaraq, onda bütün hisslər şişirdilmiş şəkildədir. Əgər sevirsənsə, onda dəlicəsinə sevməlisən. Nifrət edirsənsə, olduqca dəhşətli şəkildə... Qısqanırsansa, Otello kimi olmalısan, əgər canisənsə, deməli, tamamilə məhv olmuş sonuncu əclafsan. Həyatda bu cür nadir hallar da olur. -Razıyam,- Dronqo gülümsədi, - amma bizim həyatımızda da əclaflara rast gəlinir.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.