"Heç nə gizlətmə! - birinci dəfə mənə işgəncə veriləndə öz-özümə dedim. - Dişlərini qıcamaq axmaqlıqdır! Sənin heç bir sirrin yoxdur. Qoy onlar da anlasınlar ki, qarşılarındakı canlı insandır. Öz qorxularını gizləmə, ağrı hiss edəndə bağır! Susmaq onları daha da qıcıqlandırır, beləliklə, onlar daha da qətiyyətlə inanırlar ki, insan qəlbi qıfıl kimidir və tələsmədən, səbirlə açarı axtarıb-tapmaq lazımdır."