"Daha bir səfehlik. "Nəyimə gərəkdir" nədir? Hər şeydə bir fayda axtarmaq nəyə lazımdır axı? Onun mənə gərək olduğu məni heç maraqlandırmır, əsası odur ki, mən artıq onun nə olduğunu bilirəm."
- Sən getsən, məncə, Filiber çox məyus olacaq, bədbinliyə qapılacaq - sən onun zərif tarazlığının təminatısan, eynilə mənim kimi..
- Mmm...Sonuncu cümləni fransızca təkrarlaya bilərsən?
- Getmə, qal.
"Yeri gəlmişkən, diktatorlar çox zaman məhz elə davranır: eynəkləri sındırır, kitabları yandırır və konsertlərə qadağa qoyur - bu onlar üçün əhəmiyyət kəsb etmir, bundan da əlavə gələcək problemlərdən qoruyur..."
- E-e-e... - oğlan qızdırıcının təlimatını oxumağa başladı. Belə-ə-ə, indi baxarıq... Mexanik termostat, yığışdırılan şnur, nizamlaşdırılan güc, hava nəmləndiricisi və... təkərlər! Bəli, madmazel!
- Əla! Mən onu çarpayıma yaxınlaşdıra biləcəyəm...
- E-e-e... Bilirsiniz... Daha bir variant var... Çarpayıda sizi sevdiyiniz insan isidə bilər....
- Haqlısınız, amma onun şnuru yığışdırılan deyil...
- Hə, bunu dəyişmək olmaz...
Oğlan gülümsəyirdi.