Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Canavar Ovu

Tural Sahab

Canavar Ovu Gönderileri

Canavar Ovu kitaplarını, Canavar Ovu sözleri ve alıntılarını, Canavar Ovu yazarlarını, Canavar Ovu yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Qurd quzu oğurlayacağı yeri doqquz dəfə yoxlayar. Atalar sözü.
Bəzən insan geriyə dönüb yaşadığı ömrə baxır, orda əllə tutulası bir əməl axtarır, hansı ki, bu əməl onun həyat qayəsinin təzahürüdür. Ürəyinə su səpəsi bir xatirə tapmayanda da öz-özünü elədiyi səhvlərin qəhrəmanlıq olduğuna inandırır...
Reklam
“Oxuyun, bala, oxuyun, oxumasanız, cütə eşşək yerinə qoşularsınız!”
Əlimizdən, sadəcə, bu gəlirdi- ümid etmək...
Bir də belə cəsarətlə bir ömürdə rastlaşa biləcəkdimmi?! Məncə, yox... İnsanın qarşısına min ildə bir mərd düşmən çıxa-çıxmaya...Bu da mənim ömür payımın çiyinlərinə götürə biləcəyi mərdlik yüküydü, bəlkə də daha artığıydı...
Tanrı ona cəsarət, mənə də cəsarətə qalib gələ biləcək ağıl vermişdi.
Reklam
Məhz məni... Niyə? Ən çətin sual da bu idi. Bu düşmənçiliyin “niyə”sini dərk eləmək üçün mən çox gecikmişdim. Özü də lap çox...Bəlkə min il, bəlkə də milyon il... İndi isə tələsməliydim, cavabı tapmağa ümidim olmasa da, düşmənçiliyi bitirə bilərdim.
Bədənimdən axan soyuq tərin daxilimdəki qorxunun əlaməti olduğunu bilirdim.
Bəzən adam hiss elədiyini deməyə söz tapmır, sanki təxəyyülündəkiləri sözlərə əmanət etməyə ürəyi gəlmir. Mənsə, əksinə, hisslərimi, təxəyyülümdəki əlvanlığı sözlərlə anlada bilirəm. Qəribəsi odur ki, çox vaxt real hadisələri söyləməkçün söz qarşısında aciz qalıram. Bəlkə də, qorxuram ki, birdən hər şeyi olduğu kimi, dəqiqliklə söyləyəmmərəm... Sonra da olub-keçənlər xatirəmdə daşa dönər, ürəyimə ağırlıq edər...
Canavarla yaşayan ulamağı öyrənir. Atalar sözü.
122 öğeden 81 ile 90 arasındakiler gösteriliyor.