Kitabı oxuyub bitirəndən sonra bir çox xoş düşüncələr qaldı mənə miras . Oxuduqca insanın qəlbi bir sürü xoşbəxtlik, gözəllik görüb duya bilir və sanki onların hər biri ilmək-ilmək işləyir insanın qəlbinə .
Çox sadə dili ilə axıcı olması ilə insanı valeh etməyi bacaran bu əsər məncə hər bir kəsin oxuması və oxutdurması hədiyyə etməsi üçün olduqca faydalı bir əsərdir .
Kitabın üzərində də qeyd olunduğu kimi valideynlər , uşaqlar , müəllimlər mütləq oxumalıdır bu kitabı ən çox da bu cümlələr ilə diqqətimi cəlb elədi .
Kitabda vətənə, ailəyə, dostlara sevgi qayğı hörmət bol-bol öz əksini tapmışdı və oxuduqca hər biri insana sirayət edirdi.
Mən özüm müəllim olaraq nə yaxşı kəşf edib oxumuşam dedim və mütləq şəkildə hər bir kəsə ən çox da şagirdlərimə tövsiyyə edəcəm .
Qısaca əsər 3 cü sinif şagirdinin yazıdığı gündəlikdir ki , oda kitab halına salınıb çap edilib.
Ona görə də belə saf fikirlər qeyd olunub həmdə çoxlu məsləhətlər , dövrün mənzərəsi əks olunub .
Hər zaman stol üstü kitab kimi yanımda olsun darıxdıqca açıb oxuyum istəyirəm .