Deyəsən, sakitcə, dinib-danışmadan yanaşı oturmağı və bundan zövq almağı bircə qocalar bacarırlar. Cavanlar səbirsiz olur, mütləq o sükutu pozurlar. Amma çox nahaq yerə. Çünki sükut saf bir şeydir. Sükut müqəddəsdir. O, insanları bir-birinə yaxınlaşdırır. Amma yalnız qəlbən yaxın olan adamlar dinib-danışmadan birgə ola bilirlər. Belə bir təzad var. Böyük təzad…