Yorumlar ve İncelemeler

Tümünü Gör
372 syf.
10/10 puan verdi
·
3 günde okudu
Hayatımda Okuduğum En İyi Kitaplardan Biri!
YouTube kitap kanalımdaki Azerbaycan edebiyatı videosunda bu muhteşem kitabı önerdim: ytbe.one/FM7RoOXGSok Son zamanlarda okuduğum en iyi kitaplardan biriyle tanıştırmak istiyorum sizi bugün. Çünkü bu kitabın içinde neredeyse her şey var. O halde neden
Deli Kür
Deli Kür
daha fazla okunmasın? Şimdiye kadar Azerbaycan edebiyatında
Anar Rzayev
Anar Rzayev
Deli Kür
Deli Kürİsmail Şıhlı · Yıldız Yayıncılık · 2008741 okunma
Reklam
372 syf.
·
Puan vermedi
Əsər Cahandar ağanın Mələk adlı birisini qaçırması ilə başlayır. O Mələyi qaçırır,lakin bu ona baha başa gəlir. Ailə parçalanır, oğlu ona üz çevirir. Cahandar ziddiyyətli bir obrazdır. Bir tərəfdən insanlığa uyğun olmayan hərəkətlər etdiyi halda digər yandan tam əks bir insandır.Əsərin sonunda Cahandar Mələyi qaçırdığına peşman olur. İsmayıl Şıxlı universitetdə dərs keçərkən tələbələri ondan nə üçün belə bir əsər yazdığını soruşurlar və oda bu əsəri dayısının həyatından götürdüyünü deyib. Yəni, əsər həqiqi bir həyat faciəsini əks etdirir. Məncə, əsərin əsas ideyası "ailədəki pərakəndəlikdir"
İsmail Şıhlı
İsmail Şıhlı
Deli Kür
Deli Kürİsmail Şıhlı · Yıldız Yayıncılık · 2008741 okunma
372 syf.
10/10 puan verdi
·
Beğendi
Ədəbiyyatımızın ən dəyərli nümunələrindən Əsərdə müxtəlif obrazların həyatı fonunda 19-cu əsr Azərbaycanının ədalətsizlikləri, rus müstəmləkəçiliyi, cahillik və sadə kəndlilərin həyatının çətinliklərini görürük. Təhsilin insana qatdıqları iki qardaş olan Əşrəf və Şamxalın təzadlıqlarında müşahidə olunur. Cahandar ağa, Şamxal, Mələk kimi obrazların həm mənfi həm müsbət tərəfləri insan təbiəti çox gözəl təsvir edir. Əsər ilk başda sadəcə bir ailənin həyat hekayəsi kimi görünə bilər amma əsas da əsərin sonuna doğru yüz illər əvvəldən bugünə kimi cəmiyyətimizdəki qüsurlar və problemlər kitabda baş rolu oynayır. Mütləq oxunmalıdır
Deli Kür
Deli Kürİsmail Şıhlı · Yıldız Yayıncılık · 2008741 okunma
372 syf.
·
Puan vermedi
·
6 günde okudu
Axı, deyirlər insanlar bərabərdirlər. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır? ( İsmayıl Şıxlı Dəli Kür'dən alıntı)
Deli Kür
Deli Kürİsmail Şıhlı · Yıldız Yayıncılık · 2008741 okunma
Reklam
372 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Evvel kitab Goytepe kendinde Cahandar aganin eve basqa bir kendden Melek adlı bir qizi getirmesi ve evde xanimi Zernigar ve oğlu Şamxalla olan mubahise ile başlayir.Sonra oxuduqca göreceksiniz ki,mesele bu qeder besit deyil.19-cu esrde Azerbaycan ve esas problemler kitabda öz eksini tapir.Oxumaq maariflenmek o dovrun en boyuk problemi olaraq qarsiya qoyulur.Sahnigarin,Salatinin,Guleserin başına gelenler ise burada qadinlarin bu dovrde huquqsuz olmaqlarini göstermiştir.Rus Ehmed ve Aleksey Osipovicde oxumaga Qoriye yalnız oğlanları aparmagi da,bu dovrde qadinlarin oxumagindan sohbet bele getmediyini gösterir.İsmayil Şixli bütün bu problemleri çox gözel şekilde Deli Kurdə göstermiştir.Cox beyenerek oxudugum bir kitab oldu.
Deli Kür
Deli Kürİsmail Şıhlı · Yıldız Yayıncılık · 2008741 okunma
372 syf.
10/10 puan verdi
·
1 saatte okudu
En sevdiğim Azeri romanlarından bir tanesi. Yazarın çoğu eserinde beylik döneminin çöküşü anlatılır. Deli Kür gibi. Eser köyün beyi olan Cahandar ağa diğer köyden bir adamın karısını kaçırması ile başlar ve bu işinden git-gide pişman olmasını anlatır. Aynı zamanda yeni yaranmış eğitim sistemine karşıdurmalar ve onu destekleyenler de romanın ayrı bir konusudur.
Deli Kür
Deli Kürİsmail Şıhlı · Yıldız Yayıncılık · 2008741 okunma
372 syf.
10/10 puan verdi
Roman Cahandar ağa Allahyarın arvadı Mələyi görüb qaçırtması ilə başlayır.Mələyi evinə gətirməsi ilə evdə münaqişə baş verir.Cahandar ağanın böyük oğlu Şamxal atasına küsüb evlərini tərk edir.Şamxal atası kimi inadcı,sözündən dönməyən biridir və dostlarının və kəndlilərin köməyi ilə özünə ev tikir. Vəəə əsərin ən sevdiyim yerləri bununla
Deli Kür
Deli Kürİsmail Şıhlı · Yıldız Yayıncılık · 2008741 okunma
512 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Salam. Bu gün “Dəli kür” romanı haqqında fikirlərimi bölüşəcəm. Bu roman Azərbaycan ədəbiyyatının seçilən əsərlərindən biridir. İsmayıl Şıxlı bu əsəri 9-10 il ərzində yazıb bitirib (1956-1966, 67-ci illər). Bəziləri deyir ki, Cahandar ağa İsmayıl Şıxlının babası olub, bəziləri də dayısı olduğunu qeyd edir. Yəni bu əsər həqiqətlər əsasında yazılıb.
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014741 okunma
Reklam
400 syf.
10/10 puan verdi
·
4 günde okudu
Spoiler var. :) İsmayıl Şıxlı qələmini çox sevirəm. Köhnə adət-ənənələrimizi, milli kimliyimizi təsvirlərlə mükəmməl şəkildə xatırladır. İstər digər əsərləri, istərsə də "Dəli kür" olsun, hər birisində bu epizodlar mütləq ki, yer alıb. Əsərin baş qəhrəmanı Cahandar ağa oğlunun xeyir işinə görə şəhərdən parça almağa gedir, gələndə isə
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005741 okunma
512 syf.
·
Puan vermedi
Azərbaycan klassiyi çox tərəddüdlə oxumağa başlamışdım kitabın qalınlığı və klassik olması qorxudurdu biraz.. kitab çox axıcı irəlləyir, mövzudan mövzuya çox incəliklə keçməyi başarır qətiyyən ağır kitab deyil. Önyargılı davranıb indiyə kimi oxumamağımın səbəbi də bu idi deyəsən. Əsər cahilliyimizi üzümüzə vurur, Cahandar ağanımı günahlandırsam Şamxalımı Mələyimi yoxsa Zərnigar xanımı qərar verə bilmədim. Bir səhv neçə doğrunu yıxa bilər görəsən? Cahandar ağa kimi kənddə toxunulmaz biri ama bir səhvi bütün həyatını alt üst etmədi mi? Hansı səhv? Axı dədə baba adətlərinə görə hərəkət etmişdi burda səhv nə var? Bəlkə zəmanə dəyişir və artıq bəzi dədə baba adətlərini unutmaq lazımdı. İndiki insanların dədə babalara nisbətən daha yaxşı qavrama və düşünmə qabiliyyətləri olduğunu necə inkar edək? Poçt Əhməd yoxx rus Əhməd yoxx uçitel Əhməd elə buna görə uşaqlara yazıb oxumağı öyrədib, onlara təmiz gələcək bəxş etmək istəyirdi. Cahandar ağanın oğlu Əşrəf Qori məktəbində oxuyarkən düşüncələri dəyişmiş insanlara qarşı daha mərhəmətli davranır və sadəcə özünü deyil digər insanları da düşünməsi, ən əsası artıq qılıncın yox qələmin daha güclü olduğunu dərk edir və bunu deməyə cəhd edirdi sanki. Əşrəfin Pakizəyə duyduğu təmiz sevgi ..və qoca dayının məsum və mərhəmətli ürəyi insanın qəlbinə toxunmağı bacarır. Əsərin filmi 1969 cu ildə çəkilib, film əsərlə müqayisə belə edilə bilməz, film çox dəyişdirilib. youtu.be/zNtf0E3ROF0
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014741 okunma
512 syf.
·
Puan vermedi
·
11 günde okudu
Əsəri əvvəlcə ixtisarla oxumuş biri olaraq bu qədər möhtəşəm olacağını düşünmürdüm. Düşünürəm ki, əsər dövrün hər bir incəliyini tam şəkildə əks etdirib. İstər ailə-məişət məsələlərində, istərsə də cəmiyyətdəki sosial problemlərdə. Əslində o vaxt olduğu kimi insanlar arasında danosbazlığın olması, bir tərəfdən xalqın maarifi, digər tərəfdən xalqın aşağı çəkilməsi üçün çalışanların mövcudluğu, “Molla Sadıqlar”ın satqınlığı bir növ indiki dövrdə də mövcuddur, nə qədər üzücü də olsa. Ən əsas orası qəribədir ki, Cahandar ağanın tutduğu bütün pis işlərə baxmayaraq mən bu obraza qarşı nifrət hiss edə bilmədim. Əksinə, hər səhnədə, xüsusilə də son səhnələrdə ona qarşı mərhəmətim artırdı...Bu da, yəqin ki, yazıçının məharətindən - Cahandar ağanın pis əməlləri ilə onun başına gələn və oxucuda mərhəmət hissi doğuran hadisələrin tarazlıqda olmasından qaynaqlanır. Belə. Bir sözlə, möhtəşəm. Yaradılan obrazlar, ən əsas da Cahandar ağa unudulmayacaqlar mənim tərəfimdən...
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014741 okunma
512 syf.
10/10 puan verdi
·
Beğendi
Ədəbiyyatımızın incilərindən...
Bu cür tanınmış və çox bəyənilmiş kitablara qarşı istəmsiz bir antisimpatiyam var. Bu kitabı bir təsadüf əsəri satın aldım. Yaxşı ki, alıb oxumuşam dediyim kitablardan biridir. Əsəri oxuduqca əslində 19-cu əsrdəki düşüncə tərzinin indi də çox dəyişmədiyini anladım və buna çox təəssüf etdim. Əsərin baş rolu Cahandar ağa obrazı əsərdə diqqəti ən çox cəlb edən obrazlardandır. Belə ki, Cahandar ağa o dövrdə yaşayan orta statistik bir Azərbaycan kişisi idi. Namus, qeyrət, ad-san yolunda öz doğma bacısını, ən yaxın dostu olan atını - Qəməri qətl etmiş bu obraz eyni zamanda başqa bir kişinin namusuna toxunaraq onun arvadını qaçırır. Əslində ölümünə yaxın öz səhvini anlayır. Lakin gec olur... Əşrəf, poçt Əhməd, A.O.Çernyayevski və digər maarifpərvər obrazların maarif üçün apardıqları mübarizə çox gözəl təsvir olunub. Maarifin, elmin, təhsilin önəmini əsəri oxuyarkən dəfələrlə anladım. Hər kəsin oxumalı olduğu kitablardan biridir. Tövsiyə edirəm...
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014741 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.