Biz bilmədiyimiz bir dünyada doğuluruq. Bizim qarşımızda minlərlə qatar var. Amma hansı qatarın haraya apardığını da bilmirik, hətta bunu bilsək belə hara getmək istədiyimizi də anlamırıq.
Axı ona deməmişdilər ki bu gün evdə başqa adamlar olacaq
Həmişəki kimi səliqəsiz, otaq törtöküntü
Beynində ölçüb biçir, dünənndən çəkir, içir
İndi o oxşuyurdu özünü güldürmək istəyən klouna
Otaqda bir,iki,üç tanımadığı adam dört,beş!
Saatın qırağına tikilib baxış bəlkə tapılıb leş?
Beləcə fikirlər sinirlərini gəmirdikcə
Qonaqlar çay süzürdü bacısı
Nə xoşbəxtlik? Hansı xoşbəxtlik? Kim bizə deyib ki, bizim məqsədimiz, xoşbəxt olmaqdır, biz hardan bilirik ki, ən əsas şey xoşbəxtlikdir?
Bəlkə biz buraya elə əzab çəkmək üçün gəlmişik?
“İnam bizim gözümüzə taxdığımız rəngli eynək kimidir. Hansı eynəyi taxsaq dünyanı onun prizması ilə görəcəyik. Amma mənim istədiyim ümumiyyətlə eynəyi çıxarıb öz gözlərimlə dünyaya baxmaq idi”.