Bu dəfəki kitabımızın müəllifi psixologiya sahəsində özünəməxsus düşüncə tərzi olan Abraham Maslow olacaq.
"Humanist insan" teoriyasının banilərindən olan və "Maslovun ehtiyaclar piramidası" ilə tanınan psixoanalist...
Kitabda bütün insanların içində sevgi, qayğı, rəhm kimi müsbət duyğuların olduğunu sadəcə olaraq mühit və ya seçim çərçivəsində dəyişdiyini anlatmağa çalışan Maslov "piramidası" nı da tətbiq etməyi unutmayıb. Belə ki, insanın inkişaf etməsi üçün digər zəmin ehtiyacların təmin edilməsi gərəkdiyini söyləyir...
Bunlar sırayla:
Fizioloji ehtiyaclar(nəfəs almaq, yemək, susuzluq),
Güvənlik(sağlamlıq, əmniyyət, can güvənliyi)
Sevgi- aid hiss etmək(ailə, dostluq, sevgi)
Sayğınlıq(Özgüvən, başqaları tərəfindən sayğını hiss etmək, prestij)
Və bunlar hər biri olduğunda piramidi tamamlayacaq zirvə- İnkişaf ola bilir."Piramida" nı əsərdə də uşaqlar, nevrotik xəstələr, keçmiş dövr insanları və bu kimi örnəklərlə izah edən Maslov insan psixologiyasını müəyyən qədər anlamağa yardım edir... Və son olaraq kitabın, mənə görə, ana fikri
"İnsan için umudumuzun tükendiğini söyleyemeyiz çünkü ilkesel anlamda herkesin iyi ve sağlıklı bir insan olabileceğini biliyoruz. Üzücü olan ise ancak çok az sayıda insanın gerçekten iyi insan olmasıdır."
Xoş mütaliələr