Kitablar kitabı

Nefes

Ramiz Rövşən
Qara paltarlı qadın
Kişilər bir olmur, atam balası,- qorxağı var, igidi var. Amma hər kişinin öləndən sonra qəbri üstə ağlayası Bir qara paltarlı gözəl qadına ümidi var. Sən öləndə kim olacaq gözlərini bağlayan?
Reklam
BİR SƏHƏR YUXUDAN DURUB
Nəfəs
Nəfəs
Nəfəs
Nəfəs
Ramiz Rövşən
Ramiz Rövşən
Bir səhər yuxudan durub Özünü uşaq görəsən. Görəsən hamı evdədi, Ölənləri sağ görəsən. …Qorxasan qaçıb gedələr, - Tez qapını bağlayasan. Geri dönüb içəridə bir təzə qonaq görəsən. Görəsən ki, qapqaradı o qonaq başdan ayağa. Ondan başqa hamısının üst-başını ağ görəsən. Pəncərədən içəriyə dola, dola gün işığı. İçəridə boş-boşuna yanan bir çıraq görəsən. Söndürəsən o çırağı - hamı birdən yoxa çıxa.... Otaqda bir qara qələm, bir də ağ vərəq görəsən
Mənim balam, sən də təksən, Təksən, yer üzündə təksən; Ay kimi, gün kimi təksən, Torpaqda dən kimi təksən, Çöldə külək kimi təksən, Canda ürək kimi təksən, Sən də təksən, mənim balam, bu göyün altında təksən.
Ramiz Rövşən
Ramiz Rövşən
Nəfəs
Nəfəs
“QARA-QARA QARIŞQALAR”
Nəfəs
Nəfəs
“QARA-QARA QARIŞQALAR” Qara-qara qarışqalar Kəpənəyi neylədiniz Toplaşdınız top oldunuz Qanad qanad qopardınız Daşıdınız apardınız Kəpənəyi neylədiniz? …Ayrıldı gün işığından Sıyrıldı göy qurşağından Qulağım batdı tutuldu Güllərin qışqırığından Kəpənəyi neylədiniz? Dərdi düşər ağızlara Haraylar çağırar sizi Nə yedirər doyuzdurar Nə qışdan cıxarar sizi Kəpənəyi neylədiniz?
Ramiz Rövşən
Ramiz Rövşən
Nə çoxmuş dünyanın yükü; sevgisi yük, nifrəti yük. Görüşəndə- söhbəti yük, Ayrılanda- həsrəti yük. Bu dünya bir yük ağacı, hər yükün kökü insanmış. İnsanın yükü dünyaymış, dünyanın yükü insanmış.
Nəfəs
Nəfəs
Ramiz Rövşən
Ramiz Rövşən
Reklam
RAMIZ RÖVŞƏN
Ramiz Rövşən - "Yağış yuyur, gün qurudur" Bu yerləri, bu göyləri Yağış yuyur, gün qurudur. Bu dünyada çox şeyləri Yağış yuyur, gün qurudur. Gözümüzün yaşını da, Bağrımızın başını da, Qəbrimizin daşını da Yağış yuyur, gün qurudur. Gələn nədir, gedən nədir? Bələk nədir, kəfən nədir? Bu dünya öz kefindədir, Yağış yuyur, gün qurudur. ... Ulduzların tozunu da, Lap günəşin özünü də, Lap yağışın özünü də Yağış yuyur, gün qurudur...
Nəfəs
Nəfəs
100 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.