Tanrını sevirəm deyib qardaşına nifrət edən yalançıdır. Çünki gördüyü qardaşını sevməyən, görmədiyi Tanrını sevə bilməz. Kitab tam da bu ab-havada davam edir. Aydın dəli kimi göstərilsə də, əslində evdəki ən ağıllı insandı. Oxumağa çalışan, düşünən, digər qəhrəmanlar kimi boyun əyməyən insandır. Orxan isə oxuyan zaman tamamilə insanı əsəbiləşdirən, qardaşına, bacısına dəstək olmayan digər qardaşının isə ölməsini arzulayan biridir. Ata, ana, Aidə, Yusif də həmin evdə yaşayan və onların da hekayəsindən bəhs edilən zaman hər birinin həyat hekayəsi bir nəfəsə oxunur. Romanın əvvəlində evin boşluğu, insanların ölümündən sonra evdəki səssizlik, nəfəssizlik isə insanı qəhərə boğur…