Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ölümle Randevu

Agatha Christie

Ölümle Randevu Sözleri ve Alıntıları

Ölümle Randevu sözleri ve alıntılarını, Ölümle Randevu kitap alıntılarını, Ölümle Randevu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Xristianlığın prinsiplərindən biri də aza qane olmaqdır. Mən həkiməm. Bilirəm ki, uğur qazanmaq arzusu, güclü olmaq istəyi, ambisiyalar insan ruhunu xəstələndirə bilər. Bu arzu reallaşanda təkəbbür, lovğalıq və toxluq hissi yaradır. Amma arzu yerinə yetməyəndə bu, insanı dəli edə bilər. Bu gün dəlixanalar özünü adi, lazımsız hesab edən insanlarla doludur. Onlar reallıqdan imtina edərək özlərini həmişəlik uydurma həyata məhkum ediblər."
"-Yox, doktor Jerard, mənə inanın, hər kəsin taleyi öz əlindədir. Özünə hörmət edən kəs mütləq həyatını özü qurur. Ancaq bir yerdə oturub, barmaqlarını fırlatmalı deyil. Heç bir qadın belə kişiyə hörmət etməz."
Reklam
Beni bi sal?
Hə, həqiqətən düşünürdü ki, boşluq gözəl şeydir. Sağaldır... sakitləşdirir. Ətrafda səni yoran heç bir insan yoxdur. Heç bir problem yoxdur.
"Kişilərə həmişə elə gəlir ki, onlar qadınlar üzərində gücə malikdir."
"... Axı niyə heç vaxt görməyəcəyim insanlar barədə bu qədər düşünürəm?"
Reklam
-Məncə,bu,mübahisəli məsələdir.Əgər kimsə nəyinsə düz olmadığını görürsə,onu düzəltmək üçün çalışmalıdırmı?Kiminsə müdaxiləsi xeyirliyə ola bilər.Amma bu həm də ziyan verə bilər.Məsələnin həlli olduqca çətindir.Bəzi adamlar müdaxiləni etmirlər.Buna görə də vaxtında əl çəkmək lazımdır.Həmçinin yaş məsələsi də var.Gənclər ideallarında və imanlarında inadkardırlar.Onlar təcrübə yox,nəzəriyyə ilə çalışırlar.Onlar təcrübəli deyillər.Fakt nəzəriyyəyə qarşı olur.Əgər özünüzə və düz olduğunuza inanırsınızsa vəziyyəti düzəldə bilərsiniz.(Amma bəzən ziyan da vura bilərsiniz).Bir tərəfdən də,ortayaşlı adamın təcrübəsi olur.Onlar bilirlər ki,müdaxilə çox vaxt ziyanlı olur,ona görə də qarışmamağa çalışırlar.Amma sonda nəticələr eynidir.Gənc həm xeyir,həm də ziyanlı iş görür.Ortayaşlılar isə heç nə etmirlər.
Sayfa 58 - Teodor JerardKitabı okudu
325 öğeden 211 ile 220 arasındakiler gösteriliyor.