Oscar ve Pembe Meleği

Eric Emmanuel Schmitt

Yorumlar ve İncelemeler

Tümünü Gör
80 syf.
·
Puan vermedi
Oskar və Çəhrayı xanım.. Əsəri 1 saata bitirməyimə baxmayaraq əminəm ki,uzun illər qəlbimdə silinməz bir iz qoyacaq. Kitabda xərçəng xəstəsi olan balaca Oskarın Tanrı ilə məktublaşması təsvir olunub. Və bu çətin yolda hər daim onun yanında olan Roza nənəsi..
Oskar və Çəhrayı Xanım
Oskar və Çəhrayı XanımEric Emmanuel Schmitt · Qanun Nəşriyyatı · 202080 okunma
Reklam
80 syf.
·
Puan vermedi
·
Beğendi
·
4 saatte okudu
Əziz Tanrı! Uşaqlar öldü.
Balaca xərçəng xəstəsi Oskarın Tanrıya məktubları və Tanrıya ünvanladığı suallar, bəzən isə ona acıqlanması səhərisi isə məndən küsməmisən ki?- deyib barışması. Uşaq qəlbi necə də məsum və gözəldir.Bəs bu xəstəliklər nə üçün var? Niyə yox olmur bunlar? Məncə, əsərdə bizə verilən ismarıc həm də odur ki, din həm də böyük qüvvədir.Dinsiz xəstə biri həyata necə tapınardı? Suallar çox oldu.Cavablar isə naməlum zamana qədər təxirə salınıb. Kitabın hər cümləsində sanki balaca bir oğlana çevriləcəksiz. Özünüz olmaqdan çıxıb, bir "Oskar" olacaqsız.Amma onu əsla anlaya bilməyəcəyik. Əgər siz yaratdığınız bir dünyanın içərisində birilərinin ağrı acı çəkəcəyini bilsə idiz, bu dünyanı yaradardızmı? Görəsən, Tanrının hansı əsaslı səbəbi var idi ki, kiminsə ağrısından, kədərindən və körpələrin ölümündən daha vacib olsun...
Oskar və Çəhrayı Xanım
Oskar və Çəhrayı XanımEric Emmanuel Schmitt · Qanun Nəşriyyatı · 202080 okunma
80 syf.
·
Puan vermedi
Kitab xərçəng xəstəsi bir uşağın dilindən oxucuya nəql olunur. Digər xəstə Roza nənə ona xəstəxana günlərini daha mənalı və maraqlı keçirmək üçün məsləhətlər verir və onlardan biri də Tanrı ilə söhbətdir. Beləcə Oscar hər gün Tanrıya məktub yazır. Kitabdan alıntı: Həyat- çox qəribə, əyləncəli hədiyyədir. Əvvəlcə bu hədiyyənin qiymətini şişirdirlər: insanlar elə bilir, onlara əbədi həyat verilib. Sonra isə heç bir dəyər vermirlər, fikirləşirlər ki, həyat çox qısadır, heç nəyə yaramır. Bəziləri hətta ondan qurtulmağa da hazırdır. Yalnız axırda başa düşürlər ki, həyat hədiyyə deyilmiş, sədəcə müvəqqəti istifadə üçün verilibmiş. Bax, həyata onda dəyər verməyə başlayırlar.
Oskar və Çəhrayı Xanım
Oskar və Çəhrayı XanımEric Emmanuel Schmitt · Qanun Nəşriyyatı · 202080 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.