Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qərb Cəbhəsində Təbəddülat Yoxdur

Erich Maria Remarque

Sözler ve Alıntılar

Tümünü Gör
"Insan o zaman azad olur ki, dünyada yaşama səbəbi qalmamışdır"
Reklam
Müharibə bizi hər şeydən məhrum etdi. Onun haqqı var idi. Biz artıq cavan deyilik. Biz artıq döyüşlə yaşamaq istəmirik. Biz qaçqınlarıq. Biz özümüzdən, öz həyatımızdan qorxuruq. Bizim on səkkiz yaşımız indi olub və indi dünyanı və həyatı sevməyə başlayırdıq, amma onlara atəş açmalı olduq, ilk partlayan mərmi bizim ürəyimizə düşdü. Biz fəaliyyətdən, dayaqdan və tərəqqidən ayrı düşdük. Biz artq bu barədə düşünmürük. Yeganə düşündüyümüz müharibədir.
Torpaq hər kəsdən çox əsgər üçün əhəmiyyətlidir. Yağış kimi yağdırılmaqda olan top atəşinin saçdığı ölüm qorxusu ilə əsgərin uzun zaman möhkəmcə torpağa sarılması, üzü və bütün üzvlərilə dərincəsinə ona gömülməsi torpağı ona yeganə dost, qardaş və ana edir. O öz qorxu və hıçqırığını torpağın sükutuna boşaldır, torpaq bunları sorur, yenə on saniyəlik bir həyat üçün onları geri qaytarır, yenə onu və bir çoxlarını artıq əbədi olaraq özünə qəbul edir.
SON....
Bir-birimizə söyləyəcək nə qədər sözümüz var, amma heç vaxt söyləməyəcəyik.
Reklam
Bizim on səkkiz yaşımız vardı, biz dünyanı, həyatı sevməyə başlamışdıq, lakin bizi bütün bunlara atəş açmağa məcbur etdilər. İlk bomba bizim ürəyimizə dəydi. Biz artıq fəaliyyət, təşəbbüs və tərəqqidən ayrılmışıq. Biz artıq bunlara inanmırıq, biz yalnız müharibəyə inanırıq.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.