Mərsiyə-rekviyem, Hekayələr, Pyeslər, Tele-radio Pyeslər

Əsərləri IX Cild

Bahtiyar Vahabzade

Sözler ve Alıntılar

Tümünü Gör
-Çox, çox sevirəm! -Onda qorxma, evlən onunla, gör bir-iki aya sənə isnişir,ya yox? -Əvvəla o, sevmədiyi adama getməz. İkincisi də mən almaram. -Birincisi hələ məlum deyil, özüm onunla danışacağam.İkincisini mənə başa sal, əgər o gəlsə, sən də sevirsənsə, niyə almayasan? -Niyə? (Sıxıntı içində.) Mən sizin faciənizi təkrar eləmək istəmirəm. (Həyat başını aşağı dikir.) İncimə, bacım, sən ərinə hörmət eləmisən, qayığısını çəkmisən, sən ona arvad olmusan, yoldaş olmamısan. Gecədə beş dəfə durub üstünü örtmüsən, ancaq ona dəyən soyuğun hardan gəldiyini bilməmisən! -Sən mənimlə lap düşmən kimi danışırsan
İkinci səsKitabı okudu
-Ey uşaqlıq, uşaqlıq! İndi əlimi nə qədər sənə uzatsam, çata bilmərəm. Bu yerlərin hər qarışında mənim ömrümün bir parçası itib qalıb. Ömrümün o parçalarını axtarmaqla tapmaq olmaz.İllər onların üstünü örtüb, iz itib. İnsan ömrü nə qəribədir. Gələcək gün on ildən sonra olsa da, sənə yaxındır. Gələcəyə çata bilərsən, keçmişə yox. Biz onda nə qədər təmiz, nə qədər gözəl idik. Axırıncı tikəmizi bir-birimizlə bölərdik... Məqsədsiz, qərəzsiz... Bəs indi niyə belə olsun?
Təyyarə kimiKitabı okudu
Reklam
Unutmaq istərəm, özüm-özümdən Bir daha ayrılıb haçalanmayım. Gecələr yatıram bir fikirlə mən Səni düşünməyim, səni anmayım. Bu elə qayğı ki, bu elə qəm ki, Azdırar yüz illik yolundan səni Səhər də, axşam da, düşünürəm ki, Gərək düşünməyim heç zaman səni, Unudar fikirdə, xəyalda təkcə Unutmaz ürəkdə sevən-sevəni. Mən özüm-özümə unut dedikcə Özümü unudub, tapıram səni.
Yalnız öz könlünün səsini dinlər. Neçin sevdiyini bilməz sevənlər.
-Ora bax, dəniz də bizim kimi təlatümlüdür. -Bəlkə sevir?.. -Əlbəttə... Ləpələr elə bil danışır. -Nədən danışır? -Elə bil dəniz dodaqlarıyla sevgilisinə məhəbbətdən nəğmə oxuyur. -Bu, sənə görə belədir... Bəlkə başqası... (Sükut.) Mən bilmək istəyirəm, dəniz sahili niyə sevdi? -Çünki dəniz öz dərdini, öz qəlbini, yalnız sahilə danışa bilir... Çünki dənizin təlatümü sahildə qurtarır... Çünki dəniz öz rahatlığını və səadətini yalnız sahildə tapa bilir... çünki... -Yaxşı, daha bəsdir! -Bir də... Sahil heç zaman dənizə “Məni neçin sevdin? sualını verməz. Gör, şair necə deyib: Neçin sevdiyimi bilmədən mən də Sevirəm, sevirəm, insan sevəndə Yalnız öz könlünün səsini dinlər. Neçin sevdiyini bilməz sevənlər. -Bu, doğrudan belədir. Ancaq... hər halda bir səbəb də olur.Tarın simləri qoşa-qoşadır. Bu simlər eyni səs üstündə köklənməsə mahnı yaranmır.
İkinci səsKitabı okudu
-Sən necə, Arzu, xoşbəxtsənmi? -Mən? Sənə baxanda hə. -Sən xoşbəxtliyi nədə görürsən? -Məhəbbətdə! -Azmı sevməyib xoşbəxt olanlar var? Mən ki, sevənləri heç vaxt xoşbəxt görməmişəm. Elə biri sən, həmişə ahu-nalə,fəryad! -Mənim sevgim ağlı-qaralı bir dünyadır.Şadam, çünki o mənimdir, kədərliyəm - çünki o yalnız mənim deyil. Məhəbbətlə dolu bir həyat nə qədər gözəl, nə qədər mənalıdır. -Ancaq bu məhəbbət sənə çox baha oturur. -Əlbəttə, əzablıdır, amma həyatın gözəlliyi də bundadır. -Düz demirsən, Arzu, əzabın nəyi gözəl ola bilər? -Bəs sakitliyin, rahatlığın nəyi gözəldir? Eh, Məlahət həyatdakı bir şeyin əzabını çəkmədin, nəsə bir şeyin həsrəti ilə yanıb yaxılmadın, o nə həyatdır?
Sayfa 139 - İkinci səsKitabı okudu
Qızım,mən bu dünyada oldum, ya olmadım, ərə gedəndə, var-dövlət axtarma,şəxsiyyət axtar. Var-dövlət gəldi-gedərdir. Şəxsiyyət, mərdlik isə onun özündədir. Bir də qarşılıqlı sevgi.
RəqabətKitabı okudu
Reklam
İnsan ürəyi sirli bir dünyadır. Onu kəşf eləmək ən uzaq ulduzları kəşf eləməkdən çətindir.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.