Totem və Tabu

Sigmund Freud

Sözler ve Alıntılar

Tümünü Gör
Əgər biz belə bir halı mümkün saysaydıq ki, bir sıra psixoloji fəaliyyətlər sıxışdırıldıqdan sonra izsiz-soraqsız yox olur və onların heç bir qalığı qalmır, onda biz problemi qat-qat mürəkkəbləşdirmiş olardıq. Əslində isə belə bir hal heç vaxt olmur. Ən güclü sıxışdırılmaya uğrayan psixi element də psixi fəaliyyətdə özünün təhrif olunmuş əvəzedicisini taparaq mövcud olmaqda davam edir və əlverişli şəraitə uyğun qıcıqlar yarananda özünü büruzə verir.
...əgər hansısa istəklər sıxışdırılmaya uğrayırsa, onda onların ehtirasları qorxuya çevrilir.
Reklam
Vəhşi xalqların çoxunda müəyyən şəraitlərdə evdə itiuclu silahlar və deşici alətlər saxlamaq qadağan olunur. Frezer almanların arasında bu gün də bıçağın iti ucunu yuxarıya tuşlamaqla qoyulmasına yol verməyən xurafatın olduğunu yazır. Keçmişdən qalma inanca görə, bu vaxt Tanrı və mələklər iti ucu yuxarıya yönəlmiş bıçaqla özlərini yaralaya bilərlər. Görəsən, bu tabuda şüuraltında gizlənən pis niyyətli psixi meylin öz istəyini gerçəkləşdirmək üçün itiuclu silaha əl atmaq arzusunun bəlli "simptomatik fəaliyyəti" öz əks-sədasını aşkara çıxarmamışdır ki?
Sayfa 132Kitabı okudu
Psixoanalitik araşdırmalar özünün ilk mərhələsindən başlayaraq ayrı-ayrı fərdlərin psixologiyası ilə bağlı apardığı araşdırmalardan gəldiyi nəticələr ilə xalqların psixologiyası üzrə araşdırmalardan alınan nəticələr arasında uyğunluq və bənzərliyin olduğunu göstərmişdir.
Sayfa 8 - Qanun nəşriyyatıKitabı yarım bıraktı
Evli qadının ailə həyatında həmişə psixoseksual tələbatların ödənilməsi ilə bağlı bir qorxu hissi olur və bu qorxunun yaranması psixi həyatın monotonluğu,habelə əri ilə cinsi münasibətlərin vaxtından qabaq tükənə biləcəyi ilə bağlıdır.Qocalmağa başlayan ana bu qorxudan qurtarmaq üçün öz uşaqlarının duyğuları ilə yaşamağa çalışır,özünü onlarla eyniləşdirməyə çalışmaqla övladlarının emosional hallarını öz üzərində sınaqdan keçirməyə can atır.
Sayfa 29 - QanunKitabı okudu
"Əgər başqaları tabunu pozan adamı cinayətinə görə birlikdə cəzalandırılmasalar, onda gərək özləri də şüuraltındakı istəklərinə sərbəstlik versinlər."
Reklam
Deyirlər ki valideynlər öz uşaqları ilə gəncləşirlər;bu doğurdan da ,valideynlərin öz övladlarından ala bildikləri ən dəyərli psixi stimullardan biridir.
Sayfa 29 - QanunKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.