Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

"Təyyarə Kölgəsi" 1. Kitap

Təyyarə Kölgəsi

Alibala Hacızade

Təyyarə Kölgəsi Sözleri ve Alıntıları

Təyyarə Kölgəsi sözleri ve alıntılarını, Təyyarə Kölgəsi kitap alıntılarını, Təyyarə Kölgəsi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Ey könül, qəmxar ol, insan dərdi çək, Onsuz bu ömür, de nəyimə gərək. Birinə arxa ol, birinə kömək,— Hər vaxtbyaxşılığa can ataram mən.
Sayfa 339Kitabı okudu
Kitablarında taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl- əl gəzir, öləndədə əldə ölür, oxucu əlində, fərli övlad kimi müəllifinin adını uca eləyir Bədbəxt doğulanı var — şikəst olur uzağa gedə bilmir,kitabxanaların mağazaların rəflərində toz qalağı altında itib batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir. Kitab da var, atasının ölümündən sonra dünyaya gələn uşağa bənzəyir, Orxanın kitabı kimi.
Sayfa 334Kitabı okudu
Reklam
Sən demə, ürəkdən su içən gözün yaşı qurumazmış!!!
Sənət-hər şeydən əvvəl gözəllikdir:həyatdakı gözəlliyin ondan da gözəl və şairanə təcəssümüdür-buna qadirsənsə,buyur yaz-sənət-istər poeziya olsun,istər rəsm olsun,istərsə də musiqi-fərqi yoxdur-həyatdakı gözəllikləri,zəriflikləri olduğundan da qat-qat gözəl göstərməyi bacarmalıdır-məhz bu zaman gözəl,ölməz sənət əsəri yaranır.
Sayfa 142 - NadirəKitabı okudu
Axı o yaxşı bilirdi ki,zəiflik adamı hər yerdə, həmişə utandırır.
《Müəllim valideyndən sonra uşağın ikinci allahdır.Əgər o öz allahı haqqında sərbəst mühakimə yürüdə bilirsə,deməli,bu uşaqdan bir şey çıxacaq!..》
Sayfa 81 - Salman QurbanzadəKitabı okudu
Reklam
Elmi işçi olmaq,alim adı daşımaq çoxlarının gözünü qamaşdırsa da az-çox elmin nə demək olduğunu bilən adamlar gərək bu yükün altına zorla girməsin;səbrin,savadın,enerjin varsa,gəl,yoxsa,nahaq əziyyət çəkib ömrünü-gününü havayı yelə vermə.Elm sənin gözünün işığını istəyir,verəcəksənsə,gəl!Elm sənin düz qamətini stol arxasında oturmaqdan dəyəcək,razısansa,gəl!Ürəyin ağrıyacaq,dözəcəksənsə,gəl!Elm bəlkə səni əlində qələm,elə lap stol başında öldürəcək,qorxmursansa,gəl!
-..Övlada məhəbbəti gizlətmək yaxşı deyil.O məhəbbət uşağa çox şey öyrədir:birinci növbədə sevməyi öyrədir,ürəyiaçıqlıq öyrədir.Yoxsa uşaq soyuqqanlı olar,böyüyəndə də ondan qayğıkeş,ürəyiyanan adam çıxmaz!..
Sayfa 26 - Cahangir SəmədzadəKitabı okudu
《13 noyabr 196..-cı il. Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin,vicdanının,qəlbinin əksinə getməsin,yalan yazmasın.İnsan özü qalmır,amma yaratdığı qalır.Yaxşısı da,pisi də... Gərək elə əməl sahibi olasan,elə əsər qoyub gedəsən ki,sağlığında özün,qohum-əqrəban,dostun-tanışın,öləndən sonra isə nəslin xəcalət çəkməsin!...
Sayfa 41 - NadirəKitabı okudu
29 öğeden 21 ile 29 arasındakiler gösteriliyor.