Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Rəqəmsal Meşə

Üçüncü Addım

Qaraqan

Yorumlar ve İncelemeler

Tümünü Gör
214 syf.
·
Puan vermedi
·
19 günde okudu
Düşüncələrim...
Biz kimik? İdarə olunan canlılar , ya elektron toplusundan yaranan bədən? Tanrının yaratdığı ən ali varlıq, ya sehirbazın göstərdiyi fokus? Kodlardan ibarət yaşam , ya elektriklə işləyən mexanizm? Daxilində gizli dünya olan mövcudluq , ya kainatda ən kiçik zərrəcik? Həqiqətdə olan reallıq, ya yuxuda baş verən illüziya? Ən bəsit maddə, ya kəşf olunmağı gözləyən böyük bir sərvət? Düşünən beyin , ya keçmişdən bu günə gələn informasiya? Biz kimik? Biz nəyik?
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
Reklam
214 syf.
·
Puan vermedi
Üçüncü addım bitti? Həyatın anlamsızlığında bir anlam tapmama kömək oldu, bir çox suallarıma cavab tapdım ama məni daha fərqli, daha dərin suallar qarşısında qoydu. Bu mənə görə mənfidi ..ya da mənfidəki müsbətdir. Cavabı tapmışam ama ona uyğun bir sual tapıb cavabın əvvəlinə yaza bilmirəm. Kitab həyata baxışımı dəyişdi deyə bilərəm. Bir səhifə oxuyub on gün həmin səhifəni düşünmək, araşdırmaq.. kitabı oxuyub bitirmiş kimi hiss eləmirəm ya da bəzi cümlələrin üstündə yetərincə qalmadığımı düşünürəm yenidən oxuyacağım kitablar arasına əlavə olundu.
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
214 syf.
10/10 puan verdi
·
16 saatte okudu
Qaraqanın "Üç Addım" trilogiyasının sonuncu kitabını bitirdim. Rahat üslubda axıcı şəkildə yazılıb çətinlik çəkmədən 1 gün ərzində bitirə bilərsiniz. Və ən xoşuma gələn 3 addım kitabı oldu. Ən əsası kvant fizikası ilə bağlı olan bölmə çox maraqlı və məlumatlı idi. Bu mövzu barədə dahada irəli getmək və mənəvi anlamda dahada inkişaf etmək istəyirsinizsə Google da Oğuzhan Korkmazın "yeni başlıyanlar için gücleri geliştirme klavuzu" yazısını oxuya bilərsiz. Xoş mütaliələr))
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
214 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Neyronlarım bu kitab üçün minnətdar
Kitabı oxuduqca insanı o qədər uzaqlara aparır ki və kitab bizi bir tərəfə aparmır. Sanki ruhumuzu bölür və hər bir parçasını tamamən fərqli yerlərə göndərir. Neyrofiziologiya, kibernetika, psixoanaliz, metafizika, fəlsəfə və daha nələr nələr. Hər biri haqqında adam neyronlarıma əzab verirdi. Balaca bi hissəsi haqqında danışmaq istəyirəm: Gerçəklik nədir görəsən? Yaşadığımız həyat gerçəkdirmi ki? Heç də belə. Guya yuxu ilə həqiqəti ayıra bilirik? Əgər bunu duyğu üzvlərimizə görə bacarırıq desək bu yalan olar. Nəticədə yuxuda da görürük, eşidirik, hiss edirik, qoxunu alırıq və ya nəyisə dadırıq. Qısacası duyğu üzvlərimiz bu cəhətdən sinifdə qalır. Tək fərq yuxuda ardıcıllıq yoxdu, gerçəkdə isə ardıcıl olaraq hadisələri yaşadığımız üçün beynimiz bunu həqiqət olaraq adlandırır. Yoxsa hər gün yatanda ardıcıl şəkildə yuxular görsəydik onda artıq vəziyyət rusca olardı :d. Dərk edəmməzdik, hansı illüziya hansı realdı deyə. Ümumən beynimiz heç də düzgününü bilmir həmişə. Məsələn bizim beynimizi bir bankanın içinə qoysalar və lazımı mühitlə təmin eləsələr onda da elə biləcəkdik ki, hər şey güllük gülüstanlıqdı. Amma real? Real isə bir bədənin yox sadəcə beynini kukla kimi istifadə edirlər və nəticədə hər şeydən xəbərsiz fil yuxusunda yatmaq...
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
Reklam
214 syf.
·
Puan vermedi
·
Beğendi
·
8 günde okudu
İnsanlar sadə deyil mürəkkəb cavab axtarırlar.Onlar öz qorxaq yalanlarında dolaşıblar ki,həqiqətin sadəliyini qəbul etməyə cəsarətləri çatmır...
Üçüncü Addım
Üçüncü Addım
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
214 syf.
6/10 puan verdi
·
5 günde okudu
Qaraqanın hansısa kitabını oxuyarkən belə sıxılacağımı təsəvvür edə bilməzdim. Hətta deyərdim oxuduğum ilk kitab idi ki, yarımçıq buraxmaq düşüncəsinə bu qədər qapılım. Kitab saysız-hesabsız təcrübələrlə, elmi faktlar, araşdırmalarla, fəlsəfi problemlərlə doludu. Bəli faydalı ola bilər amma arxa-arxaya bunları oxumaq məni çox yorurdu. Həm bəzi təcrübələr çox maraqsız və sıxıcı idi. Hələ sual cümlələrinin dəhşət faiz çoxluğu, bir yerdə artıq işgəncə kimi gəlirdi mənə. Kitabı sadəcə trilogiyanı bitirmək istədiyim üçün dözüb bitirdim. Yazarın da dəqiqədə bir dediyi kimi "avam kütlənin anlaması üçün bu kitabları sadə dildə yazıram." Birinci, ikinci addım okay. amma dalbadal oxuduğum üçün üçüncü də olan qeyri-bədiilik artıq çox yorucu gəlirdi. Bir də iki səhifədən bir deyir həqiqət elə, həqiqət belə, həqiqətə çatan belə olur. Amma bizə elmi faktlardan başqa bir şey göstərmirdi. Hələ deyir dəyişməyənlər zəvvarlardı. Axı burda dəyişmək üçün nə səbəb var idi? Sadəcə Dekart və copy-paste problemi başlığındakı yazılar maraqlı gəldi. Bir də sonlara məna qatan Freudun kəşfi. Qalan hissələrini oxuduqda demək olar ki. kitabı yarım qoyub-qoymamaq arasında gedib gəlmişəm.
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
214 syf.
9/10 puan verdi
·
4 günde okudu
3 Addım trilogiyasının son kitabı həmçinin Qaraqandan oxuduğum sonuncu kitab...Çünki üçüncü addımı bitirməklə bütün kitablarını oxumuş oldum...Elxan Zeynallı(Qaraqan) ilk olaraq musiqi sahəsində heyran oldum,daha sonra Mələk romanından başlayaraq bütün kitablarını bitirdim...Yazardan oxuduğum ilk kitabı sevmədikdə o yazarın kitablarına birdə şans vermirəm.Qaraqanın kitablarına ikinci addımla başlasam eynisi olacaqdı.Oxuduğun 9 kitabdan ikinci addım qəliz və təhlükəli gəldi...Amma bu Elxan Zeynallı fəlsəfəsinə,düşüncə tərzinə qarşı fikrimi dəyişmədi.O mənim üçün hər zaman mükəmməl olaraq qalacaq...♡keçək üçüncü addıma: Üçüncü addım elmi faktlarla zəngin bir kitab idi.Amma hərkəsin anlaması üçün sadə dildə yazılıb sıxılmadan rahatlıqla oxumaq olur.Həmişə Qaraqan niyə getdi deyə sual verərdim amma artıq bu sualın cavabı bəllidi... Üçüncü addımın sonlarında belə bir cümlə var " Ümid edirəm ki,məni sancmağa çalışmayacaqsınız.Amma bu 8 ildə o qədər sancmısınız ki,artıq sizin zəhərinizə belə immunitetim formalaşıb" və düşündüm ki, nə yaşatdılar bu adama bu cümləni deyəcək....Sən demə hər kitabı oxuculara çatdıqdan sonra mason,kafir,düşmən deyərək hücum edirlərmiş sosial şəbəkələrdən və real həyatda...Reallığa qalsa bizim ölkə Qaraqan kimi mükəmməl birini hak etmədi...!
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
214 syf.
10/10 puan verdi
·
Beğendi
Üçüncü addımı artıq 2 ci dəfədir ki oxuyuram. hər səhifəni anlamaq üçün təkrar-təkrar oxuyuram. Həqiqət axtarışlarında Yaxın dostum, sirdaşım olan Qaraqana sonsuz təşəkkülərimi bildirirəm. Bəs həqiqət acıdır mı? Bəli.. O hətta qorxuncdur. Bu trialogiyanı təkrar oxuyun Əmin olun anlamadığınız bir çox yer sizə tam məlum olmasa da nisbətən aydınlıqla anlayacaqsınız. Oxuyanların bir çoxu bu kitabə ( bunun timsalındaki hər birini) pisləyir, deyir ki, bunlar ancaq dinə qarşı olanlardır falan, buradakı araşdırmalar hətta internetde de mövcuddur və fəlsəfə, elm, digərlərindən fərqli olaraq səni heç bəyə məcbur etmir Xoş oxumalar.
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
Reklam
214 syf.
10/10 puan verdi
·
Beğendi
Trilogiyanın son və ən çətin anlaşılan kitabı
Üçüncü Addım
Üçüncü Addım
. Kitab öz içində bir çox fərqli mövzunu birləşdirmişdir.
İkinci Addım
İkinci Addım
ın davamı olan bu kitabda
Birinci Addım
Birinci Addım
İkinci Addım
İkinci Addım
da verilən bütün sualların cavabı artıq məlum olur. Kitab özü də bir çox sual yaradır, bunların da bir çoxu cavablandırılır. Lakin təbiidir ki, cavabsız qalan suallar da var ki, yazıçımız bunu birz oxuculara həvalə edir, bizim araşdıraraq tapmağımızı istəyir. Kvant fizikası, Rasionalizm fəlsəfəsi, Astrofizika, Etologiya, Neyrofiziologiya və Dzen məktəbini bir araya sıxışdırıb 200 səhifəlik bir kitabda tam anlatmağın mümkün olmadığını bildirən yazar kitabın "Üçüncü addım" olmadığını, onun "Üçüncü addıma doğru bir işarə" olduğunu qeyd etməkdədir. Kitabı anlamaq üçün ayrı-ayrılıqda bütün mövzuları dərin araşdırmalı, onun haqqında məlumat sahibi olmalısız. Əminəm ki, sizə bu alleqorik meşəyə səyahət xoş bir xatirə kimi qalacaq. P.S Kitabı bitirdikdən sonra "Üç Addım" trilogiyasını başdan oxumağınızı məsləhət görürəm. Yalnız belə olduqda dolğun bir nəticəyə gələ biləcəksiz. Görüşənədək, ömrünüz kitabla keçsin...
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
214 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bu əsəri oxuduqda artıq dünyanı tamamən fərqli səkildə qavrayacaqsınız. Hər gün keçdiyiniz o yollar, hər gün gördüyünüz eviniz, ətrafınızdakı insanlar tamamilə fərqli görünəcək sizə. Kitabda elmi işlər çox gözəl anladılıb. Müəllimlərin hər gün bizə öyrətməyə çalışdığı fizika çox asand və anlaşılan dildə yazılıb kitabda. Məncə "Üç addım triologiyası" Azərbaycan gəncliyinə gərəkən kitablardandır. Həmişə mənə qaranlıq qalardı ki, niyə insanlar elmin dərinliklərinə endikcə dinsiz olurlar. Kitabı oxuduqda bu sualın cavabını da tapmış oldum.
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
214 syf.
10/10 puan verdi
·
Beğendi
Möhtəşəm bir kitab. Ən yeni elmi kəşflər və fəlsəfi düşüncələrlə zəngin olan bu kitabı bir an belə sıxılmadan oxudugumu deyə bilərəm. Həqiqət axtarışında olan hərkəsə bu kitabı oxumağı məsləhət görürəm
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
214 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Deməli belə. Hər şeydən əvvəl onu bildirmək istəyirəm ki, bir fikri publikasiyaya ya da bir şəxsə çatdırmaq istədikdə, adətən fikrin mərkəzi (bunu dairə olaraq təsəvvür edək) və həmin fikri danışdığın şəxsin beynində düzgün oturmasını təmin edən kənarları, çərçivələri (bunu da yuxarıdakı dairənin içində olduğu "kvadrat" (əksər
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
214 syf.
8/10 puan verdi
·
Beğendi
Kitabı oxuduğum müddət ərzində bir çox fikirlər ilə razılaşmış, bəzi faktlara təəccüblənmiş, bəzi suallar barədə düşünmüş və bir çox fikirlərimə bu kitabda rast gəlmişəm. Hətta bəzi zamanlarda "Belə düşünən bir tək mən deyilmişəm" belə demişəm öz-özümə. Hələki səhifə 170-dəyəm və kitab 214 də bitir. Bitəndə nə düşünəcəm bilmirəm, amma
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016497 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.