Yalnızlıqdan Şizofreniyaya

Oar

Yalnızlıqdan Şizofreniyaya Sözleri ve Alıntıları

Yalnızlıqdan Şizofreniyaya sözleri ve alıntılarını, Yalnızlıqdan Şizofreniyaya kitap alıntılarını, Yalnızlıqdan Şizofreniyaya en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Əgər sən yağış yağarkən boynuna düşən yağış damlalarından narahat olub boynunu büzürsənsə, xoşbəxtsən, Xırda şeyləri problem edə bilirsən, çünki böyük problemlərin yoxdu. Canını sevirsən.
Belə.
İnsanlar... Onlar belədi... Onlar qəlbini qırarlar. Sənin üçün müqəddəs nə varsa, nifrət elətdirərlər. Amma həmişə də cəzasız qalarlar.
Reklam
Mən doğrudan da buyam? Mən uçuruma doğru gedirəm” deyirik özümüzə və uğrunda çapaladığımız hər şeyin necə də mənasız və lazımsız olduğunu və əsl lazımlı şeylərin bir kənarda qalıb baxımsızlıqdan toz basdığını anlayırıq... Amma yox. Bunu heç vaxt eləmirik. Özümüzə o sualı heç vaxt vermirik. İnsanlardan kənarda güzgüdəki əksimizlə üz-üzə gəldikdə isə gözümüzün içinə yox, üzümüzdəki sızanaqlara, burnumuzun əyriliyinə,alnımızın qırışına baxırıq. Axmaq olduğumuzu heç cürə qəbul edə bilmərik.Axı hər birimiz ayrılıqda bir Eynşteynik.
Ayfonların maraqlı xüsusiyyəti bilirsən nədi? Onlar cibə girmir. Onları cibə qoymaq bəlkə də hörmətsizlikdi. Fikir ver kimin başqa model telefonu var cibdədi. Əllərdə olan hamısı Ayfondu. İşlətməsə də əlində gəzdirir.
Sayfa 181 - EnovarKitabı okudu
Əgər kiminsə kiçik bir ağrısı varsa onu hiss eləməməyin, ya da unutmağın ən yaxşı yolu daha böyük bir ağrıdı. Daha böyük yaraların yanında kiçik yaralar gözə dəymir.
Heç kəsə isti münasibət göstərmə. Əgər kimisə sevərsən sənin zəif cəhətlərin cücərəcək. Onlar xərçəng kimi böyüyərək əvvəl-axır səni öldürəcək.
Reklam
Bəzən mənə elə gəlirdi ki, ətrafımdakı insanlar hamısı androiddi. Hamısı eyni proqramlaşdırılıb. Eyni axmaqlıqlar, eyni zarafatlar, eyni həyat hekayələri..
Tanrı ilə danışıram. Amma O, həmişəki kimi susur. Bizim Tanrı çox danışmağı sevmir. Susmaq qızıldır prinsipi ilə yaşayır. Amma bir halda ki bir “abra kadabra” ilə dünyanı məhv edə, ya da yarada bilər, qızıl onun nəyinə gərəkdi? Yox, onun öz prinsipi var, məncə. O dinləyir (ümid edirəm).
Başımız əziyyət çəkərək daha çox pul qazanıb ətrafdakıların gözünə soxmağa, daha yaxşı geyim, daha müasir maşın, daha dəbdəbəli ev, daha mükəmməl smart cihazlar əldə eləməyə elə qarışıb ki, özümüzü tamamilə unutmuşuq.
Bütün bunların nə vaxt ötüb keçəcəyini fikirləşirəm. Artıq həyatımın sakit bir xəttə düşməsini, problemlərin buxarlanıb getməsini, hər hansı bir şeyə marağım olub onunla başımı qatmaq istəyirəm.
Sayfa 130Kitabı okudu
923 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.