İztirab - təbibin dərdlərinizi sağaltmaq üçün
sizə içirtdiyi acı məlhəmdir.
Bu səbəbdən təbibinizə inanın, onun verdiyi məlhəmi kirimişcə, ürək rahatlığı ilə alıb için.
Çünki əlləri nə qədər ağır və sərt olsa da,
Gözəgörünməzin şəfqətli əlləridir onları idarə
edən.
Uzatdığı o gil qədəh dodaqlarınızı yandırsa da,
o qab dulusçunun müqəddəs göz yaşlarıyla
islanıb yoğrulmuşdu”.