Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Zamanda səyahət mümkündürmü? Keçmişi tarixdən öyrənə bilərik,bəs gələcəkdə bizi nə gözləyir? Bəşəriyyətin inkişafı necə olacaq? Yazıçı H.C.Uellsin "ZAMAN MAŞINI"əsərinin qəhrəmanı olan Zaman Səyyahı da onu düşündürən bu suallara cavab tapmaq üçün uzun müddət üzərində işlədiyi maşını sınaqdan keçirmək qərarına gəlib çatır.O, zamanda səyahət edərək 802701-ci ilə gəlib çıxır.Lakin onun gələcəkdə rastlaşdığı reallıq heç də gözlədiyi kimi olmur. H.C.UELLS bu əsər vasitəsilə sivilizasiyanın bir gün cəmiyyətə qarşı çevriləcəyini, etinasızlıqın,insanların bir -birinə qarşı laqeydliyin bəşəri fəlakətə səbəb ola biləcəyini demək istəyir. H.C.Ueellsin bu əsərdə irəli sürdüyü fikirlərin çoxu sonralar isbat olundu, onun Zamanın Kainatın dördüncü ölçüsü olması fikri isə sonralar A.Enşteyinin nisbilik nəzəriyyəsi ilə təsdiq edilmişdir. Zaman Səyyahı getdiyi ildə balacaboy insanlarla tanış olur.Onların ən qorxduğu şey qaranlıq idi.Və oları Zaman Səyyahı qurtarır.
Sayfa 160 - 3 ALMA NƏŞRİYYATIKitabı okudu
Eynşteyn'in "Nisbilik nəzəriyyəsi" elmə qazanıldıqdan sonra Nyuton'un riyaziyyat və fizika üçün nələr qazandırdığını önəmsəməyən insanlarla etdiyim mübahisələri xatırlatdı bu mənə. Nyuton Eynşteyn'in gördüklerini görməsə belə Eynşteyn'in kəşfinə zəmin yaradanlardandır. Məşhur fizik Feynman'dan soruşurlar ki: "Bütün elm, bu günə qədər qazanılmış bütün bilgilər və bunu gələcək qurşağa ötürəcək insanlar məhv olsa və gələcək nəslə bir elmi fikir çatdıracaq imkanın olsa onlara hansı biliyi miras qoyardın?" Deyir: " Bütün cisimlər çox kiçik zərrəciklərdən təşkil olunub."
Ülker

Ülker

@Ulya_84
·
26 Mayıs 2022 17:34
Büyük filozofların çoğu fikirleri birbirine bağlayan entegre "felsefe" sistemleri oluşturmuşlardır... Bu fikirlerin hiçbir zaman "modası geçmiş" sayılmayacağını da anımsamalıyız. Vardıkları sonuçların kendilerinden sonra gelen filozoflar tarafından yanlışlıkları kanıtlanmış olsa da hala bize anlatacakları çok şey vardır. Aslında yüzyıllar boyunca göz ardı edilen pek çok fikrin şaşırtıcı derecede ileri görüşlü oldukları sonradan kanıtlanmıştır. Örneğin antik Yunan atomcuları. Daha da önemlisi bu düşünürler felsefi süreçleri, düşünme yollarını kurmuş ve düşüncelerimizi organize etmeyi öğretmişlerdir. Unutmamalıyız ki bu fikirler bir filozofun düşüncelerinin sadece küçük bir kısmı; genellikle uzun bir akıl yürütme zincirinin sonucudur.
Reklam
Hazırda alimlər kainatı iki fundamental qismi nəzəriyyə ilə izah edirlər: ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikası. Ancaq, çox təəssüf ki, bu iki nəzəriyyə bir-biri ilə uzlaşmır-onların hər ikisi eyni zamanda doğru ola bilməz.
Nisbilik nəzəriyyəsinə görə, cisim heç vaxt işıq sürətinə çata bilməz, çünki o zaman sonsuz bir kütləyə malik olmaldır, enerji və kütlənin ekvivalentliyinə (E=mc²) uyğun olaraq bu vəziyyətə gəlməsi üçün sərf edilən enerji də sonsuz olmalıdır. Buna görə də nisbilik nəzəriyyəsi cisimlərin sürətinin həmişə işıq sürətindən az olacağını bildirir. Təkcə işıq, yaxud sükunət kütləsi olmayan dalğalar işıq sürəti ilə hərəkət edə bilər.
Sayfa 51
Hazırda alimlər kainatı iki fundamental qismi nəzəriyyə ilə izah edirlər: ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikası. Bu iki nəzəriyyə XX əsrin birinci yarısının böyük intellektual nailiyyətləridir. Ümumi nisbilik nəzəriyyəsi cazibə qüvvəsini və kainatın böyük miqyasda quruluşunu (yəni bir neçə kilometrdən başlayıb müşahidə oluna bilən kainatın ölçüsü olan 10²⁴ kilometrə qədər) izah edir. Digər tərəfdən, kvant mexanikası santimetrin milyonda birinin milyonda biri qədər kiçik miqyasdakı fenomenləri öyrənir. Ancaq, çox təəssüf ki, bu iki nəzəriyyə bir-biriylə uzlaşmır - onların hər ikisi eyni zamanda doğru ola bilməz. Bu gün fizikanın başlıca vəzifəsi və bu kitabın əsas mövzusu hər ikisini əhatə edən yeni bir nəzəriyyə - qravitasiyanın kvant nəzəriyyəsi axtarmaqdır.
Sayfa 26
380 syf.
9/10 puan verdi
·
8 günde okudu
Məncə, kitab çox uğurlu alınıb. Hər şey çox sadə bir dillə izah edilib və demək olar ki, heç bir riyazi düsturlardan istifadə edilməyib (E=mc² istisna olmaqla). Riyaziyyatla münasibətim heç yaxşı olmadığı üçün bu sevindirici idi. Kainata səyahət edirik və sanki, bu həqiqət idi. Günəş sistemimiz və daha uzaqlar və son nöqtə, başlanğıc nöqtəsi və onun arxasında yatan həqiqətlər. Atomların quruluşu və xüsusiyyətləri çox gözəl izah edilib. Kaş fizika və kimya dərsləri də bu kitabdakı kimi izah edilərdi. Xüsusi və Ümumi nisbilik nəzəriyyəsini və mənə ən çox çətin və qorxulu gələn kvant fizikasını da demək olar ki, alnlamağıma kömək etdi. Kvant fizikası ilə bağlı son iki bölmədə danışılanlar bir az çətin gəldi, etiraf edirəm. Bunun səbəbi də, əvvəlki bölmələri daha öncə bir dəfə oxuduğum üçün, ikinci dəfə oxuyan zaman daha yaxşı anladım. Amma son iki bölməni ilk dəfə oxuyurdum. Ona görə də kitaba yenidən göz gəzdirməyi düşünürəm. Böyük Partlayış (Big Bang) nəzəriyyəsi barədə də ətraflı məlumat verilir, zatən əsas mövzu da budur. Böyük Partlayış'dan əvvəl nə var idi? Və BP-ın yaranmasına nə təkan vermişdir? Və bunun kimi başqa suallara cavab tapılmağa çalışılırdı. Müxtəlif fikirlər irəli sürülsə də, bunlardan hansının doğru olduğunu demək çətindir. Məncə, maraq dairənizdədirsə, bu kitabı mütləq oxuyun, amma diqqətli olmağı da unutmayın.
Evren Avucunda
Evren AvucundaChristophe Galfard · Domingo Yayınevi · 2017647 okunma
Reklam
72 syf.
9/10 puan verdi
·
17 saatte okudu
Deha tereddüt eder.
Uşaqlıqda, yəni 8-9 yaşım olduğu zaman həmişə dünya və dünyadan uzaqda olan Günəş, Ay, Ulduzlar mənə maraqlı gəlirdi. Bu sözsüz, çox insana maraqlı gələr. Hələ astronom olmaq xəyalları... :D Elm mənə çox maraqlı gəlir, elmin müxtəlif sahələri... İlk oxuduğum elmi kitab
Büyük Sorulara Kısa Yanıtlar
Büyük Sorulara Kısa Yanıtlar
olmuşdu. Və oxuyarkən anladım ki, mənim fizika ilə bağlı məlumatım olmalıdır. Və bu kitab həqiqətən, çox yaxşı idi. Çox sadə, anlaşıqlı dildə yazılıb. Burada həm “Nisbilik Nəzəriyyəsi”, “Kvant Fizikası”, Dünya və Kainat barədə olan ilkin fikirlərdən son yüzillərə kimi baş verən dəyişikliklər, kainatda və eyni zamanda Dünya'da olan elementlər, parçacıqlar, müxtəlif nəzəriyyələr, ziddiyyətlər, qara dəliklər və s. barədə məlumatlar verilmişdi. Kitabın son bölümündə biz, bizim varlığımız və mahiyyətimizlə bağlı müəllif fikirlərini qeyd etmişdi. Bu bölüm bir az sıxıcı gəlsə də, maraqlı idi. Fizika ilə bağlı təməl bilgilərin verildiyi çox yaxşı bir kitabdır, maraq dairəsində olanların bu kitabı oxumasını tövsiyə edirəm. :)
Fizik Üzerine Yedi Kısa Ders
Fizik Üzerine Yedi Kısa DersCarlo Rovelli · Can Yayınları · 2017853 okunma
192 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Albert Einstein deyəndə ağlıma çox fərqli düşüncəli əyləncəli insan gəlir. Einstein həmdə Nikola Tesla'dan sonra ən çox sevdiyim elm insanıdır. Hər birinin dünyaya töhfəsi olmuşdur. Hər bir İfadəsi insanı həm güldürə, həm öyrədə, həm də öz sualları qarşısında cavabsız qoya bilər. Kitabda Olan aforizmlər onun məqalələrindən Məktublarından və başqa kitablarından götürülmüş ifadələrdir. Dünyaya olan baxışı bu ifadələrdə öz əksini göstərmişdir. Einstein'nin müharibəyə, kapitalizmə, insanın həyata baxış bucağı, din, tanrı, siyasət, atom bombası, özünün nisbilik nəzəriyyəsi, milliyətçiliyə, əsgərliyə təhsil, hər bir mövzuda öz baxış bucağı bu kitabda göstərilmişdir. Fikrimcə onun kitablarında olan fikirlər ( dünyaya olan baxışı) əsl elm insanına uyğun (yaraşan) fikirlərdir.
Aforizmalar
AforizmalarAlbert Einstein · Zeplin Kitap · 2018473 okunma
150 syf.
8/10 puan verdi
·
4 günde okudu
Kitab elmlə Tanrını ayıran bir çox məsələyə işıq tutulub. Elmin və fəlsəfənin dindəki yeri, araşdırılıb və izah olunub. Bütün cavablar da elmi formada verilib. Bir çox sualınıza cavab tapa bilərsiniz. Birinci bölmə, " Termodinamika, Fəlsəfə və Tanrı" adlanır. Kainatın başlanğıcı və sonu olduğu fizaka qanunları çərçivəsində izah olunur. Möcüzələrin elmi qanunlara tabe olaraq necə baş verdiyini anlayacaqsınız. İkinci bölmə, " Din fəlsəfəsinə görə nisbilik nəzəriyyəsi" adlanır. Bu bölmədə nisbilik nəzəriyyəsi və onun Tək Tanrılı dinlərdə yerini öyrənəcəksiniz. Tanrı və Kainat arasında münasibətə müəyyən baxış bucağı qazanmış olacaqsınız. Üçüncü bölmə, " Kvant Nəzəriyyəsi və Tanrı-Kainat Əlaqəsi" adlanır. Dördüncü bölmə isə "Bədən-Ruh Dualizminə Teoloji Aqnostik Münasibət" adlanır. Bu bölmədə ruh-bədən, beyin kimi mövzular yer alır. Hətta gələcəkdə robotların insan kimi düşünə biləcəyimi kimi müzakirəli mövzular yer alır. İnsanı təqlid edən robotlar insan kimi nə qədər düşünə bilər? Bu suallara aydınlıq gəlmiş oldu. Dövrümüzün aktual mövzusudur. Kitab məqalələrdən, sistemli formada hazırlanmışdır. Fizika və kainat bağlı bir çox nəzəriyyə ilə bu kitab vasitəsilə tanış oldum. Beyin yandıran kitab demək olar. Kitabın dilini başa düşmək üçün, bilmədiyim mövzular haqqında isə kiçik araşdırma aparmaq kifayət etdi.
Modern Bilim Felsefe ve Tanrı
Modern Bilim Felsefe ve TanrıCaner Taslaman · İstanbul Yayınevi · 2008259 okunma
Nisbilik nəzəriyyəsi mütləq zaman anlayışının sonu deməkdir!