Bir şeyi unutma bülbülə atəş açmaq günahdır.
İlk dəfə idi ki, Attikuz nəyinsə günah olduğunu deyirdi. Miss Maudiedən bu barədə soruşdum:
Sənin atan düz deyir. Bülbüllər heç nəyə ziyan vurmur,nəğmə oxuyub insanlara zövg verir. Onlar əkin sahələrinə girib mer-meyvəni yemir, əkinə ziyan vurmur, taxıl anbarında yuva qurmur, yalnız nəğmə oxuyurlar. Buna görə də bülbülü öldürmək günah sayılır.