Moliére oyunları arasında nisbətən daha fərqli olan "İnsandan kaçan" kitabı haqqında bir neçə fikrimi bildirmək istərdim.
Yazıçımız bu oyunda elə bir mövzuya toxunub ki, həmin problem indiki zamanda da çox qlobal olan bir problemdir. Alceste adlı baş obrazımız cəmiyyətdən uzaqlaşmaq istəyən, insanların səmimi olmayan davranışlarına, yalanlarına zərrə qədər dözümü qalmayan dürüst, açıqürəkli bir insandır. Ətrafındakı insanlara daim dürüst olduğu, fikirlərini açıq bir şəkildə, olduğu kimi ifadə etdiyi üçün bir çox problemlə mübarizə aparmaq məcburiyyətində qalır. Alceste hər kəsə nifrət etmir, dürüst, ağıllı, cəsarətli, səmimi olan insanları sevir. Qaçıb uzaqlaşmaq istədiyi insanlar bu keyfiyyətlərə sahib olmayanlar idi. Hər kəsin tərifləndiyi o dövrdə ona edilən tərif də səmimi gəlmir.
"Herkes övülüyor günümüzde,
Günümüz modası, şaşılacak bir şey yok bunda.
Herkes büyük değerlerle bezenmiş,
Övülmek artık bir erdem değil."
İnsanlardan qaçıb getmək mümkündür? Hara qədər qaçmaq olar ki? Təbii ki, hər insan eyni deyil, amma bu da bir həqiqətdir ki, indiki zamanda heç tərifə layiq olmayan insanlar yaltaqlıq uğruna təriflənirlər. Bizimlə xoş rəftar edib, daha sonra isə arxamızdan demədiyini buraxmayanları da hər birimiz əminəm ki, görmüşük.
"Herkese değer vermek, değer vermemektir."
☆ Xoş mütaliələr. ☆