Salamlar hər kəsə🙂 Nəhayət mən də arzuma çatdım. Səsli kitab səsləndirməyə başladım. Buna ən sevdiyim kitab Harry Potter seriyasından başladım. Hər nə qədər Youtube və Storyteldə müxtəlif versiyaları olsa da, bunu eləmək mənə terapiya hissi verdi. Məni tanıyanlar Harry Potter dünyasında yaşadığımı bilir. Yaxın zamanda bununla bağlı açıqlamalı video paylaşacağam.
Belə ki, Harry Potter kitablarının öz dilimizdə səsli versiyası olmadığına görə, mənim də dinləyərək səsləndirdiyim kitab türk dilində olacaq. Artıq ilk kitab, Harry Potter ve felsefe taşı kitabının yarısını səsləndirmişəm. Lakin bölümlərlə 2-3 günlük aralıqlarla Youtube, İnstagram və Facebook da yayınlayacağam. Hər bölüm 30-45 dəqiqə aralığında olmaqla, ilk kitabda 17 bölüm var. Kitabı olduğu kimi deyil, obrazlara həyat verərək, yamsılayaraq səsləndirmişəm.
İlk bölüm sabah paylaşılacaq.
Hər kəsdən dəstək olmağını və kitabsevər dostlarıyla bölüşməyini xahiş edirəm.
Bilməyənlər üçün qeyd etmək istəyirəm ki, görmə əngəlliyəm. Ona görə də öz dilimizdə səsləndirə bilmədim. Ancaq hər Harry Potter kitabı arasında başqa kitablar da səsləndirə bilərəm. Kim bilər, bəlkə də bunlar öz dilimizdə olar🙂
Sevgilərlə Pərvin.